#Xorvatiya

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə ediblər.

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq. Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.

Xorvatiya müdafiə naziri İvan Anusiç sosial media paylaşımında Silahlı Qüvvələr üzvlərinin Baykar təlim mərkəzində hazırlıq prosesini uğurla başa vurduğunu bildirib. Təlimlərin ardından ölkədə Bayraktar TB2 PUA-larının sınaq uçuşları başlayıb və yaxın günlərdə bu fəaliyyətlərin gecə-gündüz davam edəcəyi vurğulanıb. Nazir həmçinin PUA-ların sərhəd təhlükəsizliyi, kəşfiyyat, müşahidə və meşə yanğınları ilə mübarizə sahələrində əhəmiyyətli töhfələr verəcəyini qeyd edib.