Pakistanın Hayber Pahtunxva və Belucistan əyalətlərində təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi əməliyyatlar nəticəsində 12 silahlı təsirsiz hala gətirilib. Təhlükəsizlik qüvvələri istintaq nəticəsində Hayber Pahtunxva əyalətinin Karak bölgəsi və Belucistan əyalətinin Kalat bölgəsində iki ayrı əməliyyat həyata keçirib. Karakda 8, Kalatda isə 4 silahlı təsirsiz hala gətirilib. Əməliyyat zamanı çox sayda silah və mühimmat ələ keçirilib.
#Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi
İran gələn həftə Pakistan ilə Əfqanıstanın Taliban hökuməti arasında növbəti vasitəçilik görüşünə ev sahibliyi etməyə hazırlaşır. Tehrandakı görüşü fərqləndirən əsas məqam regional güclər Çin və Rusiyanın iştirakının gözlənilməsidir. Bu, Pakistan–Əfqanıstan xəttində artan gərginliyin daha geniş regional stabilliyə təhdid kimi qiymətləndirildiyini göstərir.
İran Xarici İşlər Naziri Abbas Əraqçi və Hakan Fidan ikitərəfli münasibətləri və regional inkişafları müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Əraqçi Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılması üçün aparılan səyləri yüksək qiymətləndirib və İslam Respublikası İranın bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. O, həmçinin hərbi təyyarə qəzasında həyatını itirən türk vətəndaşlarının ailələrinə başsağlığı verib.
Əfqanıstan Xarici İşlər Nazirliyinin Vəkili Əmirhan Muttaki bildirib ki, Kabil ilə İslamabad arasındakı görüşlərin uğursuz olmasının əsas səbəbi Pakistan nümayəndələrinin “məqbul və həyata keçirilə bilməyən tələbləri” olub. Kabil mərkəzli Tolo News kanalına danışan Muttaki, İstanbulda keçirilən görüşləri qiymətləndirərək, Pakistanlı nümayəndələrin müzakirələr zamanı “heç yerinə yetirilə bilməyən və məqbul olmayan” tələblər irəli sürdüklərini qeyd edib. Onlardan biri belə olub: “Bizə Pakistan ərazisində bir daha təhlükəsizlik hadisəsi baş verməyəcəyinə zəmanət verin.”
Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid, ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozduğunu və bu dronların Pakistan ərazisindən keçərək daxil olduğunu bildirib. Mücahid “Tolo News” telekanalına açıqlamasında deyib ki, İstanbulda keçirilən danışıqlarda Pakistan tərəfi Əfqanıstan ərazisinin onlara qarşı istifadə edilməməsini tələb edib, eyni şəkildə Kabil də Pakistan ərazisinin və hava məkanının Əfqanıstana qarşı istifadəsinə etirazını bildirib.
Əfqanıstan rəhbərliyi bildirib ki, Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda keçirilən görüşlərdə həll olunmamış məsələləri müzakirə etmək üçün Pakistanla yenidən bir araya gəlmək barədə razılığa gəlinib. Əfqanıstan rəhbərliyinin sözçüsü Zabihullah Mücahid ABŞ-ın X sosial media platformasında paylaşım edərək, 25-30 oktyabr tarixlərində ölkəsi ilə Pakistan arasında İstanbulda keçirilən görüşləri qiymətləndirib.
Əfqanıstan mətbuatının məlumatına görə, Pakistanla sərhəddə baş verən toqquşmalardan sonra elan edilən atəşkəsin təfərrüatlarını müzakirə etmək üçün İstanbulda keçirilən görüşdə tərəflər bir çox məsələdə razılığa gəlib, digər məsələlər üzrə danışıqların davam edəcəyi bildirilib. Əfqanıstanın paytaxtı Kabildə yerləşən Tolo News telekanalının verdiyi xəbərə əsasən, ABŞ-ın X sosial media platformasında yayımlanan məlumata görə, adları açıqlanmayan mənbələr danışıqların gedişatı barədə məlumat paylaşıb.
Pakistan Xarici İşlər Nazirliyi, Əfqanıstanla sərhəddə son günlərdə artan gərginliyin ardından 48 saatlik müvəqqəti atəşkəs elan edib. Pakistan Ordusunun İctimai Əlaqələr İdarəsinin (ISPR) məlumatına görə, Əfqan qüvvələrinin Hayber Paxtunxva ərazisindəki sərhəd postlarına hücumuna cavab olaraq altı tank məhv edilib və 25–30 nəfərin öldüyü ehtimal olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror hücumunu pisləyib.