ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İran rəhbərliyinin ABŞ ordusunun iyun ayında Fordo nüvə obyektinə endirdiyi zərbənin “lazımi mesajını tam şəkildə almadığını” bildirib. Hakabi bu fikirləri İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna verdiyi müsahibədə səsləndirib.
#ABŞ-İran gərginliyi
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani ABŞ-ın Təhlükəsizlik Şurasının iclaslarında Tehranla bağlı səsləndirdiyi ittihamları qəti şəkildə rədd edib.
İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani bildirib ki, 7 oktyabr hadisələrindən sonra Qəzza, Livan və Suriyada baş verənlər, eləcə də İrana qarşı hücumlar bölgədə yeni güc balansları barədə ehtimalları gündəmə gətirib.
ABŞ İranın nüvə proqramı üzrə danışıqların bərpası halında hərbi güc tətbiq etməyəcəyinə zəmanət verməlidir.
ABŞ Prezidenti Donald Tramp, İranla əldə edilən atəşkəsin ardından və Qəzzada atəşkəs danışıqları prosesinin başlanmasından sonra, sabah İsrailin Baş naziri Benyamin Netanyahunuu Vaşinqtonda qəbul edəcək.
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların tezliklə bərpa olunması ehtimalı azdır.
ABŞ-ın İranın Fordo şəhərində yerləşən yeraltı nüvə obyektinə endirdiyi hava hücumundan sonra əldə edilən yeni peyk görüntüləri bölgədə genişmiqyaslı bərpa işlərinin aparıldığını göstərir.
ABŞ prezidenti Donald Tramp, İranın uranı təhlükəli səviyyədə zənginləşdirdiyinə dair kəşfiyyat məlumatları əldə olunduğu təqdirdə, bu ölkəyə qarşı yeni hava zərbələrinin istisna olmadığını bəyan edib.
ABŞ İrana 30 milyard dollarlıq nüvə yardımı təklif edə bilər.
İsrail və İran arasında baş verən müharibədə atəşkəsin elan edilməsi, onun başlanması qədər gözlənilməz və sarsıdıcı oldu.
İsrail ilə İran arasında 10 gündən artıq davam edən toqquşma gözlənilməz addımlarla sürətlə başa çatdı. Ən diqqətçəkən hadisə “Gecəyarısı çəkici” adlı əməliyyat oldu.
İranın zənginləşdirilmiş uran ehtiyatının harada olduğu məlum deyil.