Süper Liqanın 7-ci həftəsinin açılış oyununda Galatasaray səfərdə Alanyaspor-u 1:0 hesabı ilə məğlub etdi. Sarı-qırmızılılar bu nəticə ilə klub tarixində ilk dəfə olaraq mövsümə 7 qələbə ilə start vermiş oldu. Alanya Oba Stadionunda baş tutan qarşılaşmada yeganə qolu 23-cü dəqiqədə Mauro İcardi vurdu. Arjantinli hücumçu, Singo-nun ötürməsini qola çevirərək ardıcıl 4-cü liqa oyununda da fərqləndi.İlk hissədə başqa qol olmayıb və Galatasaray fasiləyə 1:0 üstünlük ilə yollanıb.
#Osimhen Galatasaray 2024
Galatasaray 2025–2026 mövsümünə hazırlıq çərçivəsində İtaliyanın Lazio klubu ilə yoldaşlıq oyununda qarşılaşacaq. Görüş 2 avqust axşamı saat 22:00-da İstanbulda, RAMS Park stadionunda keçiriləcək. Sarı-qırmızılılar son olaraq 2021-ci ildə UEFA Avropa Liqasında qarşılaşdığı Lazio ilə bu dəfə hazırlıq oyunu çərçivəsində üz-üzə gələcək. Komandalar arasında o dövrdə keçirilən görüşlərdə Galatasaray İstanbulda 1:0 qalib gəlmiş, Romadakı matç isə qolsuz bərabərliklə başa çatmışdı.
İtaliyanın Napoli futbol klubu Nigeriyalı hücumçu Viktor Osimhen üçün Qalatasaray tərəfindən irəli sürülən 70 milyon avroluq təklifi rədd edib.