Hindistan hökuməti ABŞ prezidenti Donald Trampın Rusiya neftinin alınmasına görə yüksək tariflərlə hədələməsinə sərt cavab verib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
#ABŞ idxal tarifləri
ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan və yenidən satılan Rusiya nefti ilə bağlı rüsumların əhəmiyyətli dərəcədə artırılacağını bəyan edib.
ABŞ prezidenti Tramp idxal vergilərindən əldə edilən rekord gəliri ictimaiyyətə paylamağı planlaşdırır. O, aşağı və orta gəlirli vətəndaşlara nağd “dividendlər” verilə biləcəyini açıqlayıb.
Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
Fransa və Avropa Komissiyası (AK) ABŞ-ın tətbiq etdiyi 30 faizlik gömrük rüsumları ilə qəti şəkildə razılaşmır. Brüsseldə cavab tədbirlərinin hazırlanması sürətləndiriləcək.
Bazar ertəsindən etibarən ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-a mal idxal edən ölkələrə idxal rüsumlarını göstərən məktublar göndərməyə başlayacaq.