Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler, Livan ilə Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında imzalanan dəniz səlahiyyət zonalarının məhdudlaşdırılması anlaşmasına sərt reaksiya göstərib. O bildirib ki, bu razılaşma Kipr türklərinin hüquqlarını pozur və Rum tərəfinin beynəlxalq alanda imzaladığı heç bir anlaşmanı qəbul etmədiklərini vurğulayıb. Öztürkler yazılı açıqlamasında qeyd edib ki, anlaşma adadakı siyasi reallıqları nəzərə almayan tək tərəfli addımdır və bölgədə gərginliyi artırır.
#Cənubi Kipr Rum Administrasiyası
Livan və Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında dəniz səlahiyyət sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi barədə anlaşma imzalanıb. İmzalanma mərasimi başkənd Beyrutdakı Baabda Sarayında keçirilib. Tədbirdə Livan Prezidenti Cozef Aun, GKRY lideri Nikos Hristodulidis və Livan Bayındırlıq və Nəqliyyat Naziri Fayiz Rasamini iştirak ediblər. Mərasimdən sonra birgə mətbuat konfransında çıxış edən Aun, anlaşmanın imzalanmasından məmnunluğunu ifadə edib. O bildirib ki, bu razılaşma sayəsində Livan və Cənubi Kipr Rum İdarəsi dəniz resurslarını kəşf etmək və bu sahədə ortaq əməkdaşlığı genişləndirmək imkanına sahib olacaq.
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Tufan Erhürman açıqlayıb ki, o, Cənubi Kipr Rum Administrasiyasının (GKRY) lideri Nikos Hristodulidis ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı olmadan birbaşa görüş keçirmək barədə razılığa gəlib. Prezidentin sözlərinə görə, görüşün tarixi hələ müəyyən edilməyib. Erhürman bu açıqlamanı BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və BMT Sülhməramlı Qüvvələrinin (UNFICYP) rəhbəri Xassim Diagne ilə ŞKTC Prezidentliyində baş tutan görüşdən sonra verib. Təxminən yarım saat davam edən görüşdə tərəflər Kipr məsələsi, texniki komitələrin fəaliyyəti və adadakı son siyasi proseslər barədə fikir mübadiləsi aparıblar.
Avropa Komissiyasının rəsmi sənədində “Şimali Kipr Türk Respublikası” ifadəsinin yer alması Yunanıstanda narazılıq yaradıb.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Cənubi Kipr Rum İdarəsinin (GKRY) İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsinə dair yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. Nazirlik mənbələri bildiriblər ki, Cənubi Kipr tərəfinin davam edən silahlanma cəhdləri və adada sülhü, sabitliyi poza biləcək fəaliyyətləri bölgədə gərginliyi artırmaq riski daşıyır.
Suriya problemini həll etmək suriyalılara məxsusdur.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kipr məsələsinə dair “etimad yaratmaq naminə addım-addım irəlilədiklərini” bildirib.
İsraillə İran arasında 12 günlük müharibə dövründə Tel-Əvivin Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "gizli plan"ın detalları üzə çıxıb.
Bu müddət ərzində Danimarka İttifaqın gündəlik fəaliyyətinə və prioritet istiqamətlərinə rəhbərlik edəcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, NATO Parlament Sədrləri Zirvəsi çərçivəsində Belçikanın paytaxtı Brüsseldə səfərdə olarkən, TOBB-un Brüssel nümayəndəliyində türk jurnalistlərlə görüş keçirib, gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.