#Bakı

Dünya siyasətinə yön verən liderlərin qəbul etdikləri qərarlar qədər, onların şəxsi həyatı və ailə tərkibi də ictimaiyyətin daim diqqət mərkəzindədir. Bəzi liderlər çoxuşaqlı ailələri ilə nümunə olsa da, bəziləri övlad sahibi deyil.Dövlət başçılarının övlad sayına görə sıralamasında Dubay əmiri 26 övladla siyahıya liderlik edir.

1926-cı il fevralın 17-də Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən Türk Mədəni Qanunu modernləşmə tarixin daxilində hüquqi birliyi təmin edən və qadınlara ailə və sosial həyatda bərabər hüquqlar tanıyan ən mühüm islahatlardan biri hesab olunur. İsveçrə Mədəni Qanunu nümunə götürülərək hazırlanan bu qanunla ailə institutu dövlət zəmanətinə alınıb və cəmiyyətdə dünyəvi hüquq sisteminə keçid təmin edilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai rəsmi İRNA agentliyinə açıqlamasında bildirib ki, Maskatda aparılan ilkin müzakirələr Vaşinqtonun yanaşmasında müsbət dəyişikliklərin olduğunu göstərir. Hazırda Cenevrədə olan İranın xarici işlər naziri Abbas Araqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi ilə "dərin texniki müzakirələr" aparıb. Araqçı sosial media hesabında qeyd edib ki, Cenevrəyə ədalətli saziş əldə etmək üçün real ideyalarla gəlib, lakin "hədələr qarşısında təslim olmaq" variantı masada deyil.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) strateji əhəmiyyət kəsb edən Hörmüz boğazı bölgəsində “Hörmüz boğazına ağıllı nəzarət” adlı dəniz təlimlərinə start verib. Təlimlər SEPAH-ın baş komandanı general-mayor Məhəmməd Pakpurun birbaşa rəhbərliyi və nəzarəti altında keçirilir.

Ramallah yaxınlığındakı həbsxanada keçirilən əməliyyat xüsusi təlim keçmiş itlər və səs qumbaralarının tətbiqi ilə müşayiət olunub. Nazir Ben-Qvirin həbsxananın "Blok 26" bölməsində təxminən bir saat qaldığı və burada fələstinli məhbuslara qarşı təxribat xarakterli bəyanatlarla çıxış etdiyi bildirilir. Nazirin bu görüntülərin yayılmasında israr etdiyi və fələstinli məhbuslar üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsinə dəstək şüarları səsləndirdiyi vurğulanır.

İsrail hərbi hava qüvvələrinin arsenalında olan "F-35I Adir" qırıcı təyyarələri xüsusi yanacaq çənləri sayəsində uçuş mənzilini əhəmiyyətli dərəcədə artırıb. Bu barədə İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter "Israel Hayom" qəzetinə verdiyi müsahibəsində bildirib. Səfir qeyd edib ki, İranla gərginliyin davam etdiyi bir vaxtda qırıcıların radara düşmə ehtimalını artırmadan uçuş məsafəsini genişləndirən yeni texnologiyalar tətbiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında kadr dəyişikliyi olub.Əmrə əsasən, Nihad Hafiz oğlu Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib. 1990-cı il martın 3-də Bakı şəhərində anadan olan Nihad Muxtarlı 2007-ci ildə 289 saylı “Zəngi” liseyini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.

1923-cü il fevralın 16-da Misirin Fiva şəhərində ingilis arxeoloqu Hovard Karter qədim Misir hökmdarı Tutanxamunun möhürlənmiş dəfn kamerasını açaraq dünya tarixinə düşüb. Bu kəşf Misir fironlarının "Tanrı" kimi qəbul edildiyi və axirət dünyası üçün zəngin xəzinələrlə dəfn edildiyi qədim mədəniyyətin ən mühüm sübutu hesab olunur.

PayPal-ın üç keçmiş əməkdaşı tərəfindən bir qarajda təməli qoyulan platformanın ilk videosu olan "Me at the zoo" (Heyvanat bağçasında mən) internet tarixinin ilk rəqəmsal mədəniyyət nümunəsi hesab olunur. 2006-cı ildə Google tərəfindən 1,65 milyar dollara satın alınması YouTube-un qlobal gücə çevrilməsində əsas dönüş nöqtəsi olub. Hazırda Alphabet holdinqinin tərkibində fəaliyyət göstərən platformanın 2025-ci il üzrə reklam və abunə gəlirlərinin 60 milyard dolları keçdiyi bildirilir.

Ukrayna lideri atəşkəs əldə olunacağı təqdirdə parlamentin seçki qanunvericiliyinə dəyişiklik edə biləcəyini vurğulayıb. "Prezident Tramp Putinə atəşkəs üçün təzyiq göstərə bilər. Əgər ABŞ və Rusiyaya Ukraynada seçkilər lazımdırsa, biz buna açığıq. Lakin bunun üçün bizə ən azı iki ay atəşsiz dövr və hazırlıq vaxtı lazımdır", - deyə Zelenski əlavə edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) fevralın 3-dən 12-dək Suriyada terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı hava əməliyyatları keçirdiyini elan edib.Hava hücumları nəticəsində terror təşkilatının infrastruktur obyektləri və silah anbarları dəqiq idarə olunan sursatlarla vurulub. Məlumata görə, bu əməliyyatlar İŞİD qalıqlarına qarşı hərbi təzyiqi saxlamaq məqsədi daşıyır. Bundan əvvəl, yanvarın 27-dən fevralın 2-dək həyata keçirilən 5 ayrı hava hücumu zamanı isə təşkilatın rabitə mərkəzi və strateji logistika nöqtələri sıradan çıxarılıb.