“Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək.
#Bakı
Paytaxtın Suraxanı rayonunda yerləşən Aeroport şosesində hərəkət müvəqqəti olaraq dayandırılacaq. Bu səbəbdən 00:00-dan 05:45-dək Hava limanı yolunda – Hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Mədinə şəhərində İslam tarixinin ən mühüm hadisələrindən biri olan hicrətə həsr olunmuş "Peyğəmbərin izi ilə" sərgisi fəaliyyətə başlayıb. Sərgi ziyarətçilərə İslam mədəniyyətinin və sivilizasiyasının dönüş nöqtəsi hesab olunan hicrət hadisəsini dərindən hiss etmək üçün unikal tarixi təcrübə təqdim edir. Mədinənin mədəni və intellektual mövqeyini gücləndirmək məqsədi daşıyan bu sərgi iki il boyu fəaliyyət göstərəcək.
Qəzza zolağında 2023-cü ilin oktyabrından bəri davam edən münaqişə fonunda sakinlər artıq üçüncü Ramazan ayını qarşılayırlar. Lakin bu il qeydə alınan həddindən artıq bahalıq mənəvi rahatlığı maddi çətinliklərlə əvəz edib.Qəzza sakinləri müharibənin əvvəlindən bəri ilk dəfə atəşkəs fonunda Ramazan ayına qədəm qoysalar da, bazarlarda qiymətlərin kəskin artması humanitar vəziyyəti daha da pisləşdirib.Bəzi əsas qida məhsullarının qiyməti üç dəfəyə qədər bahalaşıb. 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş kövrək atəşkəs rejiminə baxmayaraq, iqtisadi müharibə Qəzza sakinlərini daha ağır vəziyyətə salıb.
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Ramazan ayının gəlişi münasibətilə ölkə vətəndaşlarına, rezidentlərə və bütün İslam dünyasına müraciət edib. Kral Salman mübarək ayın başlaması münasibətilə təbriklərini çatdıraraq, Ramazanın ruhani təmizlənmə, həmrəylik və xeyirxah əməllər üçün mühüm fürsət olduğunu vurğulayıb. O, Səudiyyə Ərəbistanının iki müqəddəs ocağa və zəvvarlara xidmət etmək şərəfinə sadiq qalacağını bir daha bəyan edib.
ABŞ Prezidenti Donald Tramp danışıqlarda "dolayı yolla" iştirak etdiyini və Tehranın saziş bağlamaq istədiyinə inandığını bildirib. Tramp "Air Force One" göyərtəsində jurnalistlərə açıqlamasında "B-2" bombardmançıları ilə İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladaraq, Tehranın sazişdən imtina etməyin nəticələrini istəmədiyini qeyd edib.
Səudiyyə Ərəbistanı Ali Məhkəməsi hilalın görünməsi ilə bağlı qərar qəbul edərək, sabahın hicri-qəməri təqvimi ilə 1447-ci ilin Ramazan ayının birinci günü olduğunu bəyan edib. Eyni zamanda, Qətərin Vəqflər Nazirliyi nəzdindəki Ayın Görünməsi Komitəsi və BƏƏ-nin Prezident Divanı da sabahın ayın başlanğıcı olduğunu təsdiqləyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.
Bakıda şəhər həyatına yeni bir texnoloji məkan qoşulub - ilk RoboCafe Crescent Mall-da rəsmi olaraq fəaliyyətə başlayıb. Burada içkilərin hazırlanması və təqdimatı sənaye tipli KUKA KR Agilus robotu tərəfindən həyata keçirilir. Bu robot dünyada sürəti və dəqiqliyi ilə tanınan ən qabaqcıl sənaye robotlarından biridir.
18 və 19 fevral 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Babək, Şərur və Culfa rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya ödənişləri, təsərrüfatların inkişafına dəstək göstərilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yanvar ayında 30 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Ötən ay 950 şəxs üçün isə Agentlik tərəfindən peşə hazırlığı kursları təşkil olunub, 15075 şəxsə peşəyönümü xidmətlər göstərilib.