İsrail ordusu Livanın cənubundakı Nəbətiyyə vilayətində bir avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, Nəbətiyyəyə tabe olan Bint Cubeyl rayonunda bir avtomobil İsrailə məxsus PUA tərəfindən vurulub. Hücum nəticəsində yaralıların olduğu və təcili tibbi yardım qruplarının hadisə yerinə cəlb edildiyi bildirilib. Livan rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.
#İsrail PUA hücumu
Çərşənbə axşamı Dohada partlayış səsləri eşidilib. İsrail qırıcı təyyarələrinin Qətərin paytaxtında HƏMAS rəhbərliyini hədəf alan hava zərbəsi endirdiyi açıqlanıb. Hadisə, Qəzza ilə bağlı atəşkəs razılaşması üzrə aparılan danışıqlara yeni zərbə kimi qiymətləndirilir.
İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan Azadlıq (Sumud) Flotiliyasına qarşı növbəti pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Flotiliya rəhbərliyinin açıqlamasına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmilərdən birində yanğın baş verib və Tunisli xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.
Israil bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir. Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib. Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.
İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın cənubunda yerləşən Kuneytra vilayətindəki Daxili İşlər Nazirliyinin qərargahına hava hücumu təşkil edib. Hücum nəticəsində yalnız maddi ziyan qeydə alınıb, insan tələfatı yoxdur.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda yerləşən Deyr-Kifa yaşayış məntəqəsində "Hizbullah" döyüşçülərinin olduğu pikap avtomobilinə zərbə endirib.