#ASELSAN 2025 maliyyə nəticələri

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə Polad Günbəzin təslimatı ilə yanaşı, ASELSAN-ın istehsal gücünü 40% artıracaq 14 yeni obyektin açılışı keçirilib. Ankaranın Oğulbey Texnologiya Bazasının təməlqoyma mərasimi də həmin tarixi gündə reallaşdırılıb. Təslimatın ümumi dəyəri 460 milyon dolları keçib. X platformasında yayılan məlumatlar, Polad Günbəzin Türkiyənin müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırdığını vurğulayır. Mərasim Bayraktar Akıncı PUA-ya inteqrasiya edilmiş ASELFLİR-600 Milli Kamera Sistemi ilə real vaxtda çəkilib.

ASELSAN Yaxın Şərq və Afrika bölgəsində 54 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN, Yaxın Şərq və Afrika bölgəsindəki müştərilərindən biri ilə radar və komanda-idarəetmə sistemlərinin birbaşa satışı üzrə ümumi dəyəri 54 milyon ABŞ dolları olan ixrac müqaviləsi imzalayıb. Məlumat Kamuyu Aydınlatma Platformunda (KAP) dərc olunub. Şirkətdən bildirilib ki, müqavilə ASELSAN-ın beynəlxalq bazarlardakı fəaliyyətini daha da genişləndirmək istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Şirkət İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) açıqlama verərək, hava hücumundan müdafiə sistemlərinin birbaşa satışı üçün 78,5 milyon dollarlıq müqavilə bağlandığını bildirib. Qeyd edək ki, ASELSAN Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biridir və bu kimi ixrac müqavilələri şirkətin beynəlxalq mövqeyini daha da gücləndirir.

ASELSAN 2025-ci ilin ilk altı ayında gəlirini əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artırıb. Şirkət 2,8 milyard dollarlıq yeni müqavilə bağlayıb, bunun 1,3 milyard dolları birbaşa və dolayı ixracat müqavilələrinə aiddir. Sifariş portfeli isə ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 16 milyard dollara çatıb.