Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb. Putin və Uitkoff Moskvadakı Kreml sarayında görüşüblər. Kremldən verilən açıqlamada Putinin ABŞ prezidenti Trampın nümayəndəsi Uitkoff ilə görüşünün məhsuldar və konstruktiv keçdiyi bildirilib. Ukrayna müharibəsinin müzakirə edildiyi görüş təxminən üç saat davam edib.
#Rusiya Ukrayna danışıqları
Ukrayna Rusiya ilə 1 200 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni sabiq Prezident Co Baydenin müharibəsi adlandırıb.
Rusiya-Ukrayna müharibəsində ilk gündən etibarən sülhü müdafiə edən bir siyasət yürütmüşük.Taxıl dəhlizi razılaşması və İstanbul, Antalya kimi şəhərlərimizdə keçirilən görüşlər sülhə olan inamımızın göstəricisidir. 2 iyun tarixində keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci turundan sonra təxminən 7 060 Ukrayna əsgərinin cəsədi təhvil verilmişdir.
BAKI, AzerVoice Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə minnətdarlıq bildirib. O, Ankaranın həm Rusiya, həm də Ukrayna tərəfindən müsbət qarşılandığını vurğulayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rusiya, ABŞ və Ukrayna liderlərinin İstanbulda tezliklə görüşəcəyinə ümid etdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski təxminən iki-üç ay ərzində görüş keçirə bilərlər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna məsələsində irəliləyiş əldə olunmazsa, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi hələ də gündəmdədir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşə dair yeni açıqlama verib.
İstanbul danışıqları zamanı əldə olunan razılaşmalara əsasən, Ukrayna və Rusiya arasında 9-cu hərbi əsir mübadiləsi həyata keçirilib.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başa çatıb.
Əsas hədəf sülhə gedən yolu inşa edəcək bir atəşkəsdir.