Suriya Prezidenti Əhməd əş-Şəraa BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəsinin regionda “sülh və firavanlıq məkanı”na çevrildiyini bildirib və beynəlxalq ictimaiyyəti Dəməşqə qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb.
#Əhməd əş-Şəraa siyasəti
Suriya Prezidenti Əhməd Şara, SDQ adı altında fəaliyyət göstərən terrorçu PKK/YPG ilə 10 Mart Razılaşmasının icrası ilə bağlı danışıqların davam etdiyini bildirib. Şara qeyd edib ki, təşkilat tətbiqə hazır olduqlarını desə də, bəzi texniki detalları tələb edir və sahədəki davranışları ilə rəsmi mövqeləri arasında uyğunsuzluq var. Prezident Şəraa bu açıqlamaları Şamda, Muhacirin Sarayında İdlibdən olan siyasətçilər, alimlər və ictimai şəxslərlə keçirdiyi görüşdə verib. O bildirib ki, “SDQ tətbiqə hazır olduqlarını söyləyir, lakin mediada və danışıqlarda ifadə edilən mövqe ilə ərazidəki davranışları arasında ziddiyyət var.” - deyə Şəraa qeyd edib.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, xarici işlər naziri Fidanın Suriya prezidenti Şara ilə görüşündə Əsəd rejiminin devrilməsindən sonrakı 8 ay ərzində Türkiyə ilə Suriya arasında əlaqələrin müxtəlif sahələrində əldə edilən irəliləyişlərin qiymətləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir.
İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.
Prezident Donald Tramp ilə Əhməd əl-Şəraa arasında görüş və Trampın ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi qərarı iki ölkə arasında müsbət iş əlaqələrinin qurulmasına yol aça bilər.
Bunların ən başlıcası təsirli idarəetməni qurmaq, iqtisadiyyatı dirçəltmək və ölkəni birliyə doğru aparmaqdır.
ABŞ-ın “Jewish Journal” qəzetinə verdiyi müsahibəsi onun hakimiyyətə gəlməsindən cəmi 6 ay sonra ilk dəfə yəhudi mətbuatına danışması baxımından da diqqət çəkdi.
Bu çərçivədə HƏMAS və İslami Cihad kimi təşkilatlara qarşı tətbiq edilən təzyiqlər, keçid hökumətinin Qərb və ərəb dünyasına loyallığını göstərmək cəhdi kimi şərh olunur
“İranın dəstəyi ilə fəaliyyət göstərən əksər fələstinli fraksiya rəhbərləri Dəməşqi tərk ediblər.” Onların bir qismi Livana və digər ölkələrə keçib.
Müşahidəçilər xəbərdarlıq edirlər ki, azlıqların dinc aksiyalarının silahlı müqavimətə yönəlməsi mümkündür.
Tramp daha əvvəl Şimali Koreya və Əfqanıstan məsələlərində də buna bənzər üsullar tətbiq etmişdi.
Trampın Yaxın Şərqə səfəri zamanı ABŞ və Suriya arasında yüksək səviyyəli bir görüşün keçirilməsi nəzərdə tutulur. Lakin bu görüş Trampla deyil, başqa ABŞ rəsmiləri ilə olacaq.