#Türkiyənin aktiv zəlzələ zonaları

Türkiyənin Çanakkale vilayətində 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 09:01-də (Bakı vaxtı ilə 10:01) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 11,56 kilometr olub.

Türkiyənin Balıkesir vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 13:13-də (Bakı vaxtı ilə 14:13) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 7 kilometr olub. Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.

Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə saat 21:39) baş verib. Yeraltı təkanların ocağı 56,87 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Osmaniya vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyiy (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 17:45-də (Bakı vaxtı ilə 18:45) baş verib. Yeraltı təkanların ocağı 5,12 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Balıkesirdə baş verən zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb. O, bölgədə aparılan araşdırmalar nəticəsində 152 binada yerləşən 265 müstəqil bölmənin ya tamamilə dağıldığını, ya da ağır zərər gördüyünü bildirib. Manisa vilayətində isə 41 binada yerləşən 53 müstəqil bölmənin ağır ziyan gördüyü müəyyən edilib.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb. Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırgı rayonunda baş verən zəlzələ ilə bağlı mətbuat açıqlaması verib. Nazir öz çıxışında bildirib ki, dəymiş ziyanı müəyyənləşdirmə üçün bölgədə 7 mərkəzi məhəllədə 16 komanda, 63 kənddə isə 34 komanda olmaqla ümumilikdə 50 komanda fəaliyyət göstərir. Bundan əlavə, axtarış-xilasetmə işlərinə min 100 nəfərlik personal, 11 axtarış iti və 214 texnika və vasitə cəlb edilib. Yerlikaya həmçinin bildirib ki, təcili xərclər üçün 20 milyon lirə məbləğində vəsait ayrılıb. Zəlzələ nəticəsində Alacaatlı kəndində 7-si istifadəsiz olmaqla 9 bina, Gölcük kəndində isə 4-ü istifadəsiz olmaqla 6 bina tamamilə dağılıb.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində ümumilikdə 52 nəfər xəsarət alıb. Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu məlumat verib. Nazir zəlzələdən zərərçəkənlərin müalicə olunduğu xəstəxanalara baş çəkərək, yaralıların vəziyyəti ilə bağlı məlumat alıb. O, daha sonra Atatürk Şəhər Xəstəxanasında jurnalistlərə açıqlama verib. Kemal Memişoğlu bildirib ki, xəsarət alanlardan 29-u xəstəxanada yatızdırılaraq və müşahidə altında müalicə alır.