Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştepedə Koreya Respublikasının Prezidenti Li Çzyo Myungu rəsmi mərasimlə qarşılayacaq. Qarşılanma mərasimindən sonra iki lider arasında təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi gözlənilir. Ziyarət çərçivəsində Türkiyə və Koreya Respublikası arasında strateji tərəfdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq. Danışıqların əsas gündəmini ikitərəfli siyasi münasibətlər, müdafiə sənayesi sahəsində yeni layihələr, nəqliyyat və infrastruktur əməkdaşlığı, həmçinin yüksək texnologiya və innovasiya sahələrində qarşılıqlı investisiya imkanları təşkil edəcək.
#2025 Cənubi Koreya siyasi hadisələri
Cənubi Koreyada hərbi vəziyyət dövründə baş verən hadisələrin araşdırılmasına cavabdeh olan xüsusi prokuror, sabiq prezident Yun Sok Yolun həbsinə dair yenidən məhkəməyə müraciət edib.
Cənubi Koreya parlamenti prezident Li Jae-myungun irəli sürdüyü namizəd Kim Min Seoku baş nazir postuna təsdiqləyib.
Cənubi Koreyada impiçment edilmiş keçmiş prezident Yoon Suk Yeol tərəfindən təyin olunan bəzi səfirlərə yeni administrasiya tərəfindən istefa vermələri üçün təzyiqlər edildiyi bildirilir