#İran–ABŞ danışıqları

Bazar ertəsi günü Tehran şəhərində Omanın Daxili İşlər Naziri Həmud bin Faysal əl-Busaidi ilə görüşən Pezeşkian iki qonşu ölkə arasındakı münasibətlərin “qardaşlıq, qarşılıqlı hörmət və xoş niyyət” əsasında qurulduğunu və regional çağırışlar zamanı bir-birlərini dəstəklədiklərini qeyd edib. İran prezidenti Məsud Pezeşkian Omanın bölgədə sülhün təmin olunması istiqamətində diplomatik səylərini alqışlayaraq, Tehranının Muskatla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh çağırışını riyakarlıq adlandıraraq, bu bəyanatın Vaşinqtonun regionda və İrana qarşı təcavüzkar hərəkətləri ilə ziddiyyət təşkil etdiyini bildirib. Nazirliyin çərşənbə axşamı yaydığı bəyanatda qeyd olunur ki, “Trampın sülh və dialoq istəyi, ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi aqressiv və cinayətkar siyasətlə uyğun gəlmir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, BMT Baş Assambleyası üçün Nyu-Yorka gələn iranlı diplomatlara qarşı ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə etiraz edib. ,İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial media hesabında paylaşım edərək bildirib ki, ABŞ hökumətinin Nyu-Yorkda olan iranlı diplomatlara və onların himayəsində olan şəxslərə qarşı tətbiq etdiyi artan məhdudiyyətlərin əsas məqsədi, İranın Birləşmiş Millətlər Təşkilatındakı diplomatik fəaliyyətini pozmaqdır.

İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani, ABŞ-ın İranın raket proqramı ilə bağlı irəli sürdüyü şərtlərin nüvə danışıqlarını mənfi təsirə məruz qoyduğunu bildirib. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Laricani İran Ticarət və Sənaye Palatasında çıxışı zamanı Qərblə aparılan nüvə danışıqlarında irəliləyişin olmamasına dair açıqlamalar verib. O bildirib ki, ABŞ danışıqlarda İranın raketlərinin uçuş məsafəsinin 500 kilometrdən aşağı salınmasını tələb edir.

İran Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2022-ci ilin sentyabrında baş verən iğtişaşların ildönümü ilə bağlı açıqlamasına sərt reaksiya verib. Rəsmi Tehran Vaşinqtonun bəyanatını “ikiüzlü, saxta və təhqiramiz” adlandıraraq, ABŞ-ı İranın daxili işlərinə qarşı “aqressiv və cinayətkar müdaxilə” həyata keçirməkdə ittiham edib.

İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb. Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.

ABŞ Dövlət Departamenti açıqlamasında Çində yerləşən iki xam neft və neft məhsulları terminal operatorunu “milyonlarla barrel” İran xam neftinin ABŞ-ın təyin etdiyi tankerlərə idxalına şərait yaratmaqda günahlandırıb. Bu, Çində operatorlara qarşı sanksiyaların dördüncü mərhələsidir. Bundan əlavə, Yunanıstan vətəndaşı Antonios Marqaritis və onun şirkətləri, eləcə də İran donanmasına aid təxminən onlarla gəmi “İran neftini nəql etmək üçün dəniz sektorunda vəzifəsindən istifadə etmək” iddiası ilə sanksiya siyahısına daxil edilib.