Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Türkün daş yaddaşı canlanır - "Əbədiyyətin Nişanələri" filmi nümayişə başladı

    3 Aprel 2026 19:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkün daş yaddaşı canlanır - "Əbədiyyətin Nişanələri" filmi nümayişə başladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ərsəyə gətirilən “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü "YouTube"un "TurkDiscovery" platformasında izləyicilərə təqdim edilib.

    VOA xəbər verir ki, türk xalqlarının mənəvi dünyasını və tarixi vəhdətini əks etdirən bu layihə nəsillər arasında körpü rolunu oynayaraq, türk ruhunun silinməz izlərini geniş auditoriyaya çatdırır.

    Layihənin əsas məqsədi Türk dünyasının geniş coğrafiyasına yayılmış qayaüstü rəsmlər (petroqliflər), damğalar və runik əlifbalar vasitəsilə ortaq tarixi yaddaşı vizuallaşdırmaqdır. Ekran əsəri minilliklərin nəfəsini qoruyub saxlayan müqəddəs məkanlardan və daşlara həkk olunmuş kimlik izlərindən bəhs edir. Filmin ilk bölümü Xəzər dənizi sahillərindən Azərbaycanın Qarabağ düzlərinədək uzanan geniş regionda türk irsinin elmi-mədəni mənzərəsini yenidən canlandırır.

    Mütəxəssis rəyləri ilə zənginləşdirilmiş sənədli filmdə Qayı, Əfşar, Səlcuq, Qıpçaq və digər türk tayfalarının daş yaddaşına həkk olunmuş nişanələri barədə ətraflı məlumat verilir. Çəkilişlər zamanı qədim məkanlarda aşkar edilən və türk xalqlarının bir növ “pasportu” hesab olunan tamğaların sirləri pərdəarxası məqamlarla işıqlandırılır. Layihə həmçinin sübut edir ki, Azərbaycan ərazisindəki qədim petroqliflər, kurqanlar və daş balballar Altaydan Anadoluya qədər uzanan böyük Türk dünyasının vahid mədəniyyət kodunun ayrılmaz tərkib hissəsidir.

    #Türk Mədəniyyəti və İrsi Fondu #Petroqliflər və tamğalar #Runik əlifba #Daş balballar və kurqanlar #Türk tayfalarının rəmzləri #Ortaq mədəniyyət kodu #Tarixi yaddaşın vizuallaşdırılması #Maarifləndirici sənədli film
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

    28 Avqust 2026 16:52

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

    28 İyul 2026 15:02

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    27 İyul 2026 16:09

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.