#COP29

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, dünyaşöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.

Braziliyanın Belem şəhərində BMT-nin COP30 tədbiri çərçivəsində turizm və iqlim fəaliyyəti mövzusunda keçirilən yüksək səviyyəli tədbirlərdə Dövlət Turizm Agentliyinin nümayəndə heyəti ölkəmizi təmsil edib. Tədbir çərçivəsində təşkil edilən görüş və panel müzakirələrində Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Bayramova COP29-dan sonra Azərbaycanın apardığı fəaliyyətlər və yeni prioritetlər barədə geniş məlumat təqdim edib.

Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra da iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir. COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur. Bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim etmişdir. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilmiş və müsbət qarşılanıb.

Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib. Müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.