Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib. Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib.
#Şahmat
İspaniyanın şimalındakı Bask bölgəsinin Sestao şəhərində keçirilməsi planlaşdırılan 40-cı “Basque Country Open” şahmat turnirində israilli şahmatçıların İsrail bayrağı ilə çıxış etməsinə qadağa qoyulub. Bu qərar İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq qəbul edilib. İsrail isə buna cavab olaraq turnirdən çəkilmək qərarı verib.
Şahmat yalnız intellektual bir oyun deyil, həm də bəşər tarixinin dərin mədəni qatlarında iz qoymuş zəngin bir irsdir.
Nyu-Yorkda yaşayan Kolumbiya Universitetinin tələbəsi Eddy Xu şahmat dünyasında səs-küy yaradan bir innovasiyaya imza ataraq, Meta x Ray-Ban ağıllı eynəklərini təkmilləşdirib və hər zaman şahmat oyununda ən yaxşı gedişləri göstərə bilən bir cihaz hazırlayıb.
Şimali Makedoniyanın Skopye şəhərində şahmatın rapid və blits üzrə Avropa çempionatı yekunlaşıb.