Yeni peyk görüntüləri İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu Zuhur hərbi hava limanına endirdiyi zərbələrin nəticələrini üzə çıxarıb. Təhlillərə əsasən, obyektə ümumilikdə 5 zərbə endirilib və hava limanının əsas uçuş-enmə zolağı zərər görüb. “Sentinel-2” peykindən əldə edilən görüntülərin 17 və 19 avqust tarixləri üzrə müqayisəsi nəticəsində uçuş zolağında yanıq izləri və müxtəlif zədələnmələr müəyyən edilib. Zərbələrin hava limanının şərq hissəsində aparılan tikinti və bərpa işlərinə də zərər vurduğu bildirilir.
#Peyk görüntüləri
Yeni peyk görüntüləri Sudanın paytaxtı Xartumdakı Ordu Baş Qərargahı kompleksində və onun ətrafında genişmiqyaslı tikinti və yenidənqurma işlərinin aparıldığını göstərir. "Əl-Cəzirə" telekanalının Açıq Mənbələr Bölməsi tərəfindən təhlil edilən görüntülərə əsasən, Sudan Silahlı Qüvvələri kompleksdə köhnə tikililərin sökülməsi, ərazilərin yenidən planlaşdırılması və yeni obyektlərin inşasını əhatə edən genişmiqyaslı yenidənqurma proqramına başlayıb.
Livanın cənubunda İsrail ordusunun yaşayış məntəqələrini dağıtmağa davam etdiyi bildirilir. Bölgədən verilən məlumata görə, bir neçə saat ərzində ardıcıl partlayış səsləri eşidilib. Həddatə yaşayış məntəqəsində evlərin yandırıldığı iddia olunur. Yayılan məlumatlarda peyk görüntülərinin Livanın cənubunda genişmiqyaslı dağıntıları göstərdiyi qeyd edilir. Bildirilir ki, bəzi yaşayış evləri atəşkəs dövründə də dağıdılıb. Həmçinin 2024-cü ilin noyabrındakı atəşkəsdən sonra da bölgədə gündəlik söküntülərin davam etdiyi iddia olunur. İsrail tərəfi bu məlumatlarla bağlı hələlik rəsmi münasibət açıqlamayıb. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
Çinin şimal-qərbində yerləşən səhra bölgələrində yeni raket buraxılış platformaları, bunker sistemləri və hərbi rabitə məntəqələrinin inşa edildiyi müəyyən olunub. Peyk görüntülərinə əsaslanan məlumatlar Pekinin nüvə qüvvələrinin müdafiəsini gücləndirmək üçün genişmiqyaslı hərbi infrastruktur yaratdığını göstərir.
ABŞ-nin CNN International telekanalının peyk görüntüləri, xəritələr və rəsmi sənədlərə əsaslanan xüsusi təhlili göstərib ki, Çin 2020-ci ildən bəri raket istehsalı ilə bağlı müəssisələrində genişmiqyaslı artım həyata keçirib.
Azərbaycan istədiyi zaman 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilər. Bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.
İranın Qərbi Azərbaycan vilayətində yerləşən və dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölü tamamilə quruyub. İran mediasında yayımlanan peyk görüntülərində gölün izinə rast gəlinmir. İranlı rəsmilər daha əvvəl xəbərdarlıq etmişdilər ki, quraqlığın davam etməsi və problemin həlli istiqamətində addımların atılmaması halında Urmiya gölü yay aylarının sonuna qədər tamamilə quruyacaq.