Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.
#Qəbələ
Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir.
Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib.
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir. İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşü çərçivəsində baş tutur.
Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
BAKI,AzerVoice Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da ölkəmizə səfərə gəlib.
Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrinin gündən-günə daha da inkişaf etdiyini bildirib. Tatar bu fikirləri 6–7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi ərəfəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 7-də Azərbaycanda işgüzar səfərdə olacaq. Məlumata əsasən, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitinin tədbirlərində iştirak edəcək. Bildirilib ki, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin cari məsələləri daxildir. "Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - deyə qeyd olunub.
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurasının XII sammitində iştirak üçün Azərbaycana rəsmi səfər edəcək. Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusunda TDT zirvə toplantısı 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək. Bu ilin oktyabr ayında TDT sədrliyi Qırğızıstandan Azərbaycana keçəcək. Xatırladaq ki, TDT – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən, türk dövlətlərinin əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türk dilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.
Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik" mövzusunda XII Sammiti 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək.Bunu TDT baş katibinin müavini Ömər Kocaman Bakıda TDT üzv dövlətlərin beyin mərkəzlərinin konfransında bəyan edib.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək. Ilk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Yarışlar saat 10:00-da başlayacaq.