HƏMAS-ın silahsızlaşdırılması və “Hizbullah”ın qalan arsenalının dövlətin nəzarətinə verilməsi istiqamətində intensiv işlərin getdiyi, Qəzza və Livanın cənubunda İsrail müharibəsinin sonuna ümidlərin yarandığı bir vaxtda, Yəməndəki husilər yenidən İran istehsalı silahlarla təhdidlərə başlayıblar. Bu dəfə hədəf nə İsrail, nə də ABŞ, birbaşa qonşu Səudiyyə Ərəbistanıdır.
#İranın Yəməndə husilərə dəstəyi
Husilər nə Livan kimi müəyyən siyasi institutlara sahib dövlət, nə də klassik anlamda nizami orduya malikdirlər. Onlar, daha çox İranın ali rəhbərinə bağlı, təlim keçmiş silahlı milislər kimi qiymətləndirilir.
Bu münaqişə İran və onun proksiləri, həmçinin dolayı yolla onun hərbi müttəfiqi olan Rusiya üçün sarsıdıcı bir məğlubiyyətlə nəticələndi.
Bu sistemin tətbiqi, Səudiyyə Ərəbistanının milli təhlükəsizliyini qorumaq məqsədilə öz gücünə güvənmək istədiyini göstərir.
Qahirə bu diplomatik təmasları Qırmızı dənizdə gərginliyi azaltmaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini bərpa etmək məqsədilə həyata keçirir
“Müqavimət oxu” ifadəsi ilk dəfə 2001-ci ildə ABŞ prezidenti Corc Buşun İran və İraq kimi ölkələri “şər oxu” adlandırmasına cavab olaraq ortaya çıxdı.