#Turizm infrastrukturu

2025 -ci ilin iyununda Qazaxıstandan Türkiyəyə 129 min 836 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 11,30 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 2,25 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Qazaxıstandan Türkiyəyə 333 min 655 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,75 faiz azdır.

2025 -ci ilin iyununda Azərbaycandan Türkiyəyə 86 min 475 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 3,17 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,50 faiz təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 403 min 486 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,48 faiz azdır.

Türkiyənin turizm gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrünə görə yüzdə 8,4 faiz artaraq 16 milyard 284 milyon 322 min dollara çatıb. Buna uyğun olaraq turizm gəliri aprel, may və iyun aylarından ibarət 2-ci rübdə hesablanır. Birinci rübdə əvvəlki ilin eyni rübünə görə yüzdə 8,4 faiz artaraq 16 milyard 284 milyon 322 min dollara çatıb.