#Türkiyənin Milli Müdafiə nazirliyi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib. Yaşar Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Nazirə səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı qonaq hərbi tələbələrlə bağlı bəzi media qurumlarında yayılan iddialara münasibət bildirib və məlumatları yalanlayıb. Bəyannamədə qeyd olunub ki, Suriyalı hərbi tələbələr “Ortaq Təhsil və Məsləhət Razılaşması” çərçivəsində Milli Müdafiə Universitetində (MSÜ) təhsil alırlar və bu şəxslərin Türkiyə Silahlı Qüvvələrinin heyətlərində xidmət etməsi nəzərdə tutulmur.

Qəzzada dağıntılar altında qalan israillilərin və fələstinlilərin cəsədlərinin axtarışı üçün bölgəyə göndərilən AFAD qrupuna İsrail tərəfindən hələ də giriş icazəsi verilməyib. Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, AFAD heyəti Misirin Rəfah sərhəd-keçid məntəqəsində gözləyir. “AFAD missiyası sərhəddə gözləyir. İsrail hələ də daxil olmağa icazə verməyib. Bu isə İsrailin atəşkəsin bütün maddələrinə əməl etmədiyini göstərir”, – məlumatda deyilir.

Türkiyə Milli Müdafiə Nazirliyi, Eurofighter döyüş təyyarələrinin alınması prosesi ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, Hava Qüvvələri Komandanlığının əməliyyat ehtiyaclarının qarşılanması məqsədilə yeni istehsal olunmuş Eurofighter Typhoon təyyarələri, avadanlıq və müxtəlif sursatların tədarükü üçün 27 oktyabr 2025-ci il tarixində Birləşmiş Krallıq ilə müqavilə imzalanıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edib. Starmer Krallıq Hava Qüvvələrinə məxsus üç “Eurofighter Typhoon” qırıcısını da özü ilə gətirib. Baş nazirin təyyarəsi Mürted Hava Bazası Komandanlığında enib. Starmeri Türkiyənin milli müdafiə naziri Yaşar Güler qarşılayıb. Gülerlə birlikdə Krallıq Hava Qüvvələrinin üç “Eurofighter Typhoon” döyüş təyyarəsinin yer aldığı əraziyə keçən Starmer, təyyarələri şəxsən incələyib, pilotlar və texniki heyətlə qısa söhbət aparıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı MEBS Məktəbi və Tədris Mərkəzi Komandanlığı Mamak (Ankara) ərazisində yerləşən bəzi binalarda pilləkənlərin təmiri və bərpası üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 40 gün təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar: