#Türkiyənin Milli Müdafiə nazirliyi

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri bildirib ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya Müvəqqəti Hökumətinə inteqrasiyası ilə bağlı proses nazirlik tərəfindən diqqət və həssaslıqla izlənilir. Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) NATO, BMT və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində bir çox bölgədə uğurla fəaliyyət göstərir.

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.

Türkiyə, Suriyanın sabitliyi və təhlükəsizliyi, eləcə də bölgənin əmin-amanlığı üçün, başda terror təşkilatları ilə mübarizə olmaqla, Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirməkdə və ‘Tək Dövlət, Tək Ordu’ prinsipini dəstəkləməkdə qərarlıdır. Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib.

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, PKK onun müxtəlif adlar altında fəaliyyət göstərən bütün uzantıları, xüsusilə də Suriyada mövcud olan strukturlar, şərtsiz şəkildə silahlarını təhvil verməlidir. Nazir bölgədə artan gərginliklər fonunda Türkiyənin mövqeyini izah edərək, ölkənin həm regional, həm də qlobal məsələlərdə barışdan yana prinsipial mövqe sərgilədiyini qeyd edib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Cənubi Kipr Rum İdarəsinin (GKRY) İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsinə dair yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. Nazirlik mənbələri bildiriblər ki, Cənubi Kipr tərəfinin davam edən silahlanma cəhdləri və adada sülhü, sabitliyi poza biləcək fəaliyyətləri bölgədə gərginliyi artırmaq riski daşıyır.

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyadakı son vəziyyətlə bağlı açıqlama verərək, rəsmi Dəməşqlə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirildiyini bəyan edib. Nazirlik mənbələrinin verdiyi məlumata görə, Suriya hökuməti hazırda ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün dövlət strukturları ilə yenidənqurma səylərini davam etdirir. Bu çərçivədə, xüsusilə DEAŞ kimi terror qruplaşmalarının regiondan təmizlənməsi istiqamətində Suriya hökumətinin tələbləri nəzərə alınır və bu məqsədlə iki ölkə arasında koordinasiyalı fəaliyyətlər həyata keçirilir.

Təlim alacaq suriyalı hərbçilər daha sonra TSK tərəfindən öz ölkələrində də hazırlığa cəlb olunacaqlar. Türkiyə, Somali və Liviyada həyata keçirilən modelə bənzər şəkildə Suriyada da hərbi məktəb və gizir məktəbi qurmağı planlaşdırır. Bu barədə “Yeni Şafak”a danışan mənbələr belə deyib: “Biz Türkiyə olaraq Suriya ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün təlim və məsləhətçilik edəcəyik. Təlimlərə başladıq, əsgərlərin hazırlığı artıq gedir”.

Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin ən yeni pilotsuz uçuş aparatı olan Bayraktar TB3-ün Silahlı Qüvvələrin inventarına daxil edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Bayraktar TB3 artıq Quru Qoşunları Komandanlığının istifadəsinə verilib. Bununla da Türkiyə ordusu pilotsuz uçuş aparatları sahəsində imkanlarını daha da genişləndirmiş oldu.Qeyd edək ki, Bayraktar TB3 qısa uçuş-enmə zolaqlarında fəaliyyət göstərə bilən, yüksək döyüş yükü daşıma qabiliyyətinə malik və uzunmüddətli əməliyyatlar üçün nəzərdə tutulan yeni nəsil PUA-dır.