8 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2573024703 dövlət qeydiyyat nömrəli 2,500,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Notlar üzrə məlumat aşağıdakı kimidir:
#Bakı Fond Birjası
8 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2572024704 dövlət qeydiyyat nömrəli 5,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
15 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) nümayəndə heyəti Qarabağ Universitetinə səfər edərək tələbələr üçün maarifləndirici təlim keçirib. Səfərin məqsədi tələbələr arasında kapital bazarı haqqında məlumatlılığın artırılması, müasir maliyyə alətləri və fond bazarının fəaliyyət prinsipləri barədə praktiki biliklərin aşılanması olub.
10 dekabr 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında Azərbaycanda İslam maliyyəsi və halal investisiya alətlərinin inkişafını dəstəkləyən “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq” memorandumu imzalanıb.
8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
2–3 dekabr 2025-ci il tarixlərində Azərbaycan Karbon Bazarı üzrə Vorkşop Bakı Fond Birjası (BFB), Böyük Britaniyanın Bakıdakı Səfirliyi və TheCityUK tərəfindən birgə təşkil olunaraq BFB-də keçirilib.
Azərbaycan kapital bazarları iştirakçılarının nümayəndə heyəti 10–14 noyabr 2025-ci il tarixlərində Azərbaycan və Pakistanın maliyyə ekosistemləri arasında ikitərəfli əməkdaşlığı gücləndirmək, investisiya imkanlarını genişləndirmək və strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədilə Pakistana rəsmi işgüzar səfər edir.