#Bakı Fond Birjası

Qətər Fond Birjasında (QSE) siyahıya alınmış şirkətlər 2026-cı ilin birinci rübü üçün güclü maliyyə göstəriciləri nümayiş etdirərək, ümumilikdə 12,76 milyard Qətər riyalı (təxminən 3,5 milyard dollar) xalis mənfəət əldə etdiklərini açıqlayıblar. Bu göstərici Qətər iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərin dayanıqlılığını və artım potensialını əks etdirir.

10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) rəhbərliyi Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti ilə görüş keçirib. Görüş çərçivəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə “Maliyyə bazarları: son inkişaflar, islahat istiqamətləri və Azərbaycanda maliyyə dərinləşməsi perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5,295 milyard manat təşkil edib. Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 1 811 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 378 vahid və ya 1,8 dəfə azdır.