#ticarət dövriyyəsi

Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri ilə görüşərək iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə görüş keçirib.

Türkiyə ilə Oman arasındakı iqtisadi və ticari əlaqələri daha yüksək səviyyəyə daşımağı hədəfləyən OMNEX 2026 Oman-Türkiyə İş Forumu və Beynəlxalq Ticarət Sərgisi 2-4 fevral tarixlərində hər iki ölkənin iş dünyasını bir araya gətirəcək. DEİK Türkiyə-Oman İş Şurasının verdiyi məlumata görə, Omanın paytaxtı Maskat şəhərində keçiriləcək sərgidə 200-ə yaxın iri miqyaslı şirkət iştirak edəcək. Sərginin müdafiə sənayesi, qabaqcıl texnologiya, energetika, tikinti, səhiyyə və kənd təsərrüfatı kimi strateji sahələrdə milyardlarla dollarlıq yeni müqavilələrin imzalanmasına yol açacağı gözlənilir.

Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,5 faiz azalaraq 751 milyon 556 min dollar olub. Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,1 faiz azalaraq, 8 milyard 819 milyon 618 min dollar olub. “Keçən ilin noyabr ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1 milyard 121 milyon 82 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Keçən ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 54 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq 22 milyard 536 milyon dollar, idxalı isə 2,6 faiz artaraq 30 milyon 518 min dollar olub. “Keçən ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 576 milyard 928 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Özbəkistan və Türkiyə Özbəkistan bazarında türk investisiyaları və kapital iştirakını artırmaq imkanlarını müzakirə ediblər. Bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat verib. Məsələ Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin nümayəndələri, Özbəkistanın Türkiyədəki səfirliyinin rəsmi şəxsləri və Özbəkistanda fəaliyyət göstərən türk işgüzar dairələrinin nümayəndələri arasında keçirilən görüş zamanı qaldırılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştepedə Koreya Respublikasının Prezidenti Li Çzyo Myungu rəsmi mərasimlə qarşılayacaq. Qarşılanma mərasimindən sonra iki lider arasında təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi gözlənilir. Ziyarət çərçivəsində Türkiyə və Koreya Respublikası arasında strateji tərəfdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq. Danışıqların əsas gündəmini ikitərəfli siyasi münasibətlər, müdafiə sənayesi sahəsində yeni layihələr, nəqliyyat və infrastruktur əməkdaşlığı, həmçinin yüksək texnologiya və innovasiya sahələrində qarşılıqlı investisiya imkanları təşkil edəcək.

2025-ci ilin iyul ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1 faiz artaraq 3 milyon 388 milyon 585 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,6 faiz artaraq, 23 milyard 164 milyon 319 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 4 milyard 901 milyon 803 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – iyul aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 34 milyard 435 milyon 140 min dollar təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,9 faiz artaraq 1 milyard 35 milyon 230 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,5 faiz artaraq, 6 milyard 127 milyon 469 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 616 milyon 37 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.