#İstanbul

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, İstanbulun Başakşehir rayonunda 135 işyerinin tikintisi, infrastruktur və ətraf mühitin abadlaşdırılması işlərini əhatə edən genişmiqyaslı tikinti layihəsi üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 500 gün təşkil edir.

İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.

Dünyanın ən nüfuzlu elmi jurnallarından olan Science nəşrində dərc edilən yeni araşdırma göstərir ki, Marmara dənizində baş verən zəlzələlər son 15 il ərzində sistemli şəkildə qərbdən şərqə İstanbul istiqamətində irəliləyir. Araşdırma Almaniyanın GFZ Helmholtz Yer Elmləri Mərkəzində aparılıb. Tədqiqatda Ana Marmara Fayı üzərində son illərdə müşahidə olunan seysmik aktivlik ətraflı şəkildə təhlil olunub, İstanbul üçün gözlənilən böyük təhlükənin mexanizmi və fay xəttinin hazırkı gərginlik vəziyyəti izah edilib.

İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov sarsılmaz Azərbaycan - Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq türk dünyası ailəsinin formalaşmasına yol açdığını vurğulayıb. Nazir dövlət başçılarının strateji baxış və qətiyyətli siyasətlərinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu artırdığını, təşkilatın artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrildiyini qeyd edib.