"Eyüpspor" "Fənərbaxça"dan icarəyə götürdüyü Emir Ortakayanı göndərib. Məlumata görə, İstanbul nəhəngi türkiyəli müdafiəçini başqa kluba icarəyə verib. Emir mövsümün ikinci yarısında "Rizespor"un formasını geyinəcək.
#İstanbul
"Qalatasaray" Noa Lanqdan sonra daha bir futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qalatasaray" niderlandlı futbolçu Noa Lanqın transferini rəsmiləşdirib. 26 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunda doğma meydanda "Atletiko"nu qəbul edəcək. İstanbul nəhəngi görüşə 3 itki ilə çıxacaq.
İstanbul-Barselona reysini həyata keçirən Türk Hava Yolları (THY) təyyarəsi bir sərnişinin internet şəbəkə adını bomba təhdidi ehtiva edəcək şəkildə dəyişməsi səbəbindən təcili eniş edib. THY-nin yaydığı rəsmi məlumata görə, TK1853 nömrəli uçuş Barselonaya yaxınlaşdığı vaxt sərnişinlərdən birinin mobil cihazında yaratdığı internet giriş nöqtəsinin (hotspot) adını təhlükəsizlik qaydalarına zidd şəkildə adlandırdığı müəyyən edilib. Uçuş təhlükəsizliyi protokolları dərhal işə salınıb və təyyarənin təhlükəsiz enişi təmin olunub.
İstanbul Su və Kanalizasiya İdarəsi öz xidmət fəaliyyətlərində istifadə olunmaq üçün altı ədəd elektrik mühərrikli velosiped alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq velosipedlər 90 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Metro İstanbul Sənaye və Ticarət A.Ş. lisenziyalı verilənlər saxlama qurğusu (data storage) üçün illik texniki xidmət və dəstək xidmətinin satın alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. müqavilə imzalandıqdan sonra 1 gün ərzində işə başlanılacaq, xidmətin icra müddəti isə işə başlama tarixindən etibarən 20 gün kimi göstərilir.
Türkiyə Baş Polis İdarəsi tərəfindən dörd ayrı məkanda 12 ay müddətində 144 nəfər personalın cəlb olunması ilə bağlı tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Təkliflərin etibarlılıq müddəti tender tarixindən etibarən 120 təqvim günü təşkil edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar.
Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6–8 yanvar tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Məlumata əsasən, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. Bu toplantı iki ölkə arasında institusional əməkdaşlığın ən yüksək səviyyədə təsis olunması baxımından tarixi əhəmiyyət daşıyır.
Türkiyənin İstanbul şəhərinin Bağcılar rayonu üzrə səlahiyyətli qurumu tərəfindən rayonda yaşayan sosial dəstəyə ehtiyacı olan əhali qrupları üçün reabilitasiya yönümlü təhsil xidmətlərinin satın alınması məqsədilə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində qismən iş vaxtı rejimində reabilitasiya yönümlü təhsil xidmətlərinin göstərilməsi ilə yanaşı, 221 növ yardımçı materialın təmin edilməsi də nəzərdə tutulur.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.
"Fənərbağça" qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib. İstanbul nəhəngi "Samsunspor"un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb. Bu transfer "Fənərbağça"ya 5 milyon avroya başa gəlib.