Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək. Həlledici qarşılaşmada Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları bir-birinə qarşı mübarizə aparacaq. İstanbul şəhərində baş tutacaq oyuna saat 23:00-da start veriləcək. Oyunun baş hakimi Fransanın Fransua Leteksye olacaq.
#Aston Villa
İngiltərənin “Aston Villa” klubu rəsmi saytında “Beşiktaş”ın hücumçusu Temmi Abrahamı satın aldığını açıqlayıb. Abraham “Çelsi”nin gənclər sisteminin yetirməsidir və həm gənclər, həm də böyüklər komandasında çıxış edib. Onun karyerasında həmçinin “Roma”, “Milan” və digər klublarda oynadığı dövrlər də yer alıb.
"Turan Tovuz" Coş Cinnellini transfer edib. “Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.
UEFA Avropa Liqasının yeddinci həftəsində Türkiyə təmsilçisi "Fənərbaxça" İngiltərənin "Aston Villa" klubunu doğma meydanda sınağa çəkəcək. Çobani stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20.45-də start götürəcək. Oyunu Portuqaliya Futbol Federasiyasından Luis Qodinyo idarə edəcək. Ona həmyerliləri Rui Teyşeyra və Pedro Almeyda köməklik göstərəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.
Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib. "Mançester Yunayted" səfərdə "Aston Villa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin "Fənərbaxça" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. İstanbul nəhənginin əsas hədəfi icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sançodur.
İtaliya klubu Roma İngiltərə təmsilçisi Aston Villadan yamaykalı futbolçu Leon Bailey-i icarəyə götürdüyünü açıqlayıb. Klubun rəsmi məlumatına görə, 28 yaşlı sağ cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb. Yeni komandasında Bailey 31 nömrəli formanı geyinəcək.
Reşford, mövsümün ikinci yarısını Aston Villada icarədə keçirsə də, Unai Emeri komandanın daimi transferinə razılıq verməmişdi. İndi isə forvard Kataloniyada yeni səhifə açmağa çalışır.
Mançester Yunayted yay transfer pəncərəsində hücum xəttini gücləndirmək məqsədilə Aston Villanın forvardı Ollie Vatkins və RB Leypsiqin sloveniya əsilli hücumçusu Benjamin Şeşko arasında seçim etməyə çalışır.
İngiltərənin Aston Villa klubunun və Argentina millisinin qapıçısı Emiliano Martines yay transfer pəncərəsinin sürpriz addımlarından biri ola bilər.
Dusan Tadiçin ayrılmasından sonra yaranan boşluğu doldurmaq istəyən Fənərbağça rəhbərliyi, 29 yaşlı Asensionu heyətinə qatmaq üçün rəsmi təklif irəli sürüb.