#Venesuela

Rəsmilərin məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro “korrupsiyalaşmış, qanunsuz hökumət” çərçivəsində genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatlarını idarə etməkdə ittiham olunur və bu fəaliyyət nəticəsində ABŞ-a minlərlə ton kokain gətirildiyi bildirilir.

Çinin Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını dərhal azad etməyə çağırıb, Venesueladakı böhranın isə dialoq və danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib. Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada vurğulanıb ki, ABŞ Maduronun və onun həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir. Bəyanatda onların saxlanılmasının beynəlxalq hüquq və beynəlxalq normaların açıq şəkildə pozulması olduğu qeyd edilib. Məlumatı “Reuters” agentliyi yayıb.

Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodriqesin dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etməsi barədə qərar qəbul edib. Bu barədə Venesuela Ali Məhkəməsinin hakimi Tania D'Amelio “Venezolana de Televisión” televiziya kanalında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə Respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqesin Venesuela Konstitusiyası və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal Respublika Prezidenti vəzifələrinin icrasına başlaması barədə göstəriş verib.

Maduro və həyat yoldaşı Nyu Yorkda ittiham aktından sonra cinayət məsuliyyətinə cəlb olunacaq. Bu barədə xarici KİV-lər məlumat yayıb. ABŞ baş prokuroru Pam Bondi bildirib ki, devrilmiş Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Silia Flores Nyu Yorkda irəli sürülmüş ittiham aktından sonra cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bondi sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb ki, bu cütlük tezliklə Amerika torpağında, Amerika məhkəmələrində Amerikanın ədalətinin bütün sərtliyi ilə üzləşəcək.

Avropa İttifaqı ABŞ qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduronun tutulması və ölkədən çıxarılması ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatdan sonra sakitlik və beynəlxalq hüquqa hörmət olunmasına çağırıb. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, blok uzun müddətdir Maduro hökumətinin legitimliyini tanımır və ölkədə sülh yolu ilə hakimiyyət dəyişməsini dəstəkləyir.

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatları qəti şəkildə pisləyib. Eysmont bildirib ki, Lukaşenko ABŞ-ın hərbi təcavüz aktını qəbuledilməz hesab edir və bunun region üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb. O, daha əvvəl ABŞ nümayəndələrinə açıqlayıb ki, ABŞ və Venesuela arasında hipotetik konflikt “ikinci Vyetnam” kimi fəsadlarla nəticələnə bilər.

"Yalnız indi Marko Rubio ilə telefon danışığını bitirdim. O mənə bildirdi ki, Nikolas Maduro ABŞ-ın hərbi qüvvələri tərəfindən cinayət ittihamları üzrə məhkəmə araşdırmasının aparılması üçün saxlanılıb və bu gün müşahidə etdiyimiz hərbi tədbirlər həbs orderini icra edənlərin qorunması üçün həyata keçirilib"- bu açıqlama ABŞ senatoru, respublikaçı Mayk Li tərəfindən paylaşılıb.

ABŞ Prezidenti Donald Tramp ABŞ qüvvələrinin yanvarın 3-də Venesuelaya zərbə endirdiyini təsdiqləyib. O həmçinin bəyan edib ki, ölkə lideri Nikolas Maduro və onun həyat yoldaşı Sesil Flores ələ keçirilərək ölkədən çıxarılıb. Venesuela hökuməti və Müdafiə Nazirliyi isə vətəndaşları sakitliyə və milli birliyə səsləyərək, hər hansı anarxiya və xaosa yol verməməyin vacibliyini vurğulayıb. Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və beynəlxalq ictimaiyyət hadisələri yaxından izləyir.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatın uğurla başa çatdığını, ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının əməliyyat zamanı ələ keçirilərək ölkə xaricinə çıxarıldığını açıqlayıb. Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada ABŞ silahlı qüvvələrinin Venesuelada planlaşdırılmış hərbi əməliyyatı tamamladiğını bildirib.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) Venesuela paytaxtı Karakasda baş verən partlayışlar və "davam edən hərbi fəaliyyətlər" səbəbindən Venesuela hava sahasında ABŞ ticarət uçuşlarını müvəqqəti olaraq dayandırıb. FAA açıqlamasında bu qərarın səbəbi kimi ölkədə davam edən hərbi əməliyyatlar göstərilib. Venesuela hökuməti tərəfindən yayımlanan yazılı açıqlamada ABŞ-ın Karakas, Miranda, Aragua və La Guaira əyalətlərindəki sivil və hərbi obyektlərə qarşı həyata keçirdiyi iddia olunan hücumlar "qətiyyətlə rədd edilir və pislənir" deyə bildirilib.