Hakimiyyət orqanları məhkumun kimliyini, həbs tarixi və konkret ittiham detallarını açıqlamayıb. Lakin “AFP” agentliyinin bildirdiyinə görə, o, “müharibə aparmaq” və “yer üzündə fəsad törətmək” ittihamları ilə təqsirli bilinib. Bu iki maddə İran qanunvericiliyində ən ağır cinayətlər hesab olunur və ölüm cəzası ilə nəticələnir. Son aylarda İran hökuməti “Mossad üçün işləməkdə” ittiham olunan bir sıra şəxslərin həbsi və edamını elan edib. Ötən çərşənbə günü isə İsrail və ABŞ lehinə casusluqda ittiham edilən şəxslər üçün cəzaları sərtləşdirən yeni qanun qüvvəyə minib.