Belçikanın paytaxtı Brüsseldə YPG/SDQ terror təşkilatının tərəfdarları tərəfindən keçirilən aksiya polisin sərt müdaxiləsi ilə dağıdılıb. Məlumata görə, səhər saatlarında bir qrup YPG/SDQ tərəfdarı Avropa Parlamentinin binası qarşısında toplaşıb. Terror təşkilatını simvolizə edən bayraqlar qaldıran aksiyaçılar təşkilat lehinə şüarlar səsləndiriblər.
#YPG ilə Suriya hökuməti arasında razılaşma varmı?
Suriya Müdafiə Nazirliyi Fərat çayının qərbində qalan YPG işğal altındakı bölgələri hərbi zona elan edərək bütün silahlı qruplaşmaların çayın şərqinə çəkilməsini tələb edib. Suriya ordusunun yerli mətbuatda dərc olunan rəsmi bəyanatında YPG və PKK terrorçuları ilə yanaşı, bəzi silahlı qrupların Fəratın qərbində qüvvə toplamağa davam etdiyi bildirilib. Məlumata görə, işğal edilən bu bölgələrdən Hələb şəhərinə kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar təşkil edilir. Məhz bu səbəbdən ordu hərbi əməliyyatlara hazırlıq məqsədilə sözügedən əraziləri hərbi zona elan edib.
Türkiyənin yeni Suriya ordusunun formalaşdırılmasında əsas rol oynayacağı və bu ordunun təlimini həyata keçirəcəyi gözlənilir.