Tez-tez təkrarlamağı sevdiyim bir ifadə var və görünür, indi biz sərt soyuqlar və leysan yağışlarla müşayiət olunan qış günlərində kifayət qədər isti hadisələrə şahid olacağıq. Təxminən bir aydır ki, Türkiyədə baş verən qeyri-adi hadisə və prosesləri diqqətlə izləyirəm. Türkiyənin Müdafiə Nazirliyi ölkə hava məkanına daxil olan və mənşəyi müəyyən edilməyən beşdən artıq pilotsuz uçuş aparatının (PUA) vurulduğunu və ya tapıldığını açıqlayıb. Bu məsələ ilə bağlı ekspertlər iki düşərgəyə bölünür: bir qrup bu PUA-ların Rusiya istehsalı olduğunu, digər qrup isə onların Ukrayna hava məkanından gəldiyini iddia edir. Hər iki versiyanı birləşdirən məqam ondan ibarətdir ki, bu pilotsuz aparatların Suriya–Ukrayna müharibəsi kontekstində istifadə edildiyi, sonradan isə hədəfini itirərək Türkiyə ərazisinə düşdüyü ehtimal olunur.
#Türkiyə İsrail gərginliyi
Türkiyənin F-35 planları İsrail və Yunanıstanda narahatlıq doğurub. ABŞ Konqresinə müraciət edən İsrail rəsmiləri Ankaranın bölgədə güc balansını dəyişəcəyindən ehtiyat etdiklərini bildiriblər.
ABŞ-ın təqaüdçü səfiri və diplomat Çarlz V. Friman İsrailin Yaxın Şərqdəki genişlənmə planları və mümkün növbəti hədəfi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin İrana qarşı son hücumlarının bölgədə yaratdığı gərginlik fonunda ölkəsinin təhlükəsizlik və sabitlik üçün bütün ssenarilərə hazır olduğunu bildirib.
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İsrail kəşfiyyat xidməti MOSSAD-a qarşı silsilə əməliyyatlar həyata keçirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsrailin İrana hücumlarının ardından təhlükəsizlik səbəbilə İran, İraq, Suriya və İordaniyaya uçuşların 16 iyun 2025-ci il tarixinədək təxirə salındığını açıqlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını sərt şəkildə pisləyib.
Türkiyənin yeni Suriya ordusunun formalaşdırılmasında əsas rol oynayacağı və bu ordunun təlimini həyata keçirəcəyi gözlənilir.