Məlumata görə, Türkiyənin müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığı nəticəsində axtarışda olan şəxslər Gürcüstandan 38, Almaniyadan 5, Azərbaycandan 2, eləcə də Bolqarıstan, Avstriya, Ekvador, Fransa, Xorvatiya, Qazaxıstan, Misir, Yunanıstan və Şimali Makedoniyadan gətirilib.
#Interpol
Monako hakimiyyəti üç nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşının axtarışını davam etdirir. Məlumata görə, Interpol tərəfindən yayımlanan "Qırmızı Bülleten"də 39 yaşlı Anastasiya Berezovska qəsdən adam öldürməyə cəhd, ictimai yerdə partlayıcı qurğu yerləşdirmək və cinayət məqsədilə əlbir olmaq ittihamları ilə axtarışa verilib.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar. DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
Suriya Ərəb Respublikası Mərakeşin Marakeş şəhərində keçirilən 93-cü İnterpol Baş Assambleyasında beynəlxalq cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
İstanbul Respublika Prokurorluğunun apardığı araşdırma çərçivəsində, İŞİD-in fəaliyyətlərinin aşkarlanması və qarşısının alınması məqsədilə əməliyyat keçirilib. Əməliyyatda İnterpolun qırmızı bülletenlə axtardığı və “xarici terrorçu döyüşçü” kimi qiymətləndirilən şəxslər də daxil olmaqla 9 şübhəli saxlanılıb. X platformasında yayılan məlumatlar, əməliyyatın Türkiyənin terrorla mübarizədə qətiyyətli addımlarını göstərdiyini vurğulayır. Qeyd edək ki, saxlanılan şəxslər arasında İŞİD-ə üzv olmaq, təşkilatın təbliğatını aparmaq və potensial hücumlar planlaşdırmaqda şübhəli bilinənlər var. Qalan 6 şübhəlinin saxlanılması üçün işlər davam etdirilir.
Kolumbiya hakimiyyəti, Latın Amerikasında fəaliyyət göstərən İtaliya mafiyasına bağlı "Ndrangeta" təşkilatının güman edilən lideri Cozepe Palermo adlı şəxsi həbs edib.
Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya sosial şəbəkədə etdiyi paylaşımda beynəlxalq səviyyədə axtarılan 15 cinayətkarın ölkəyə ekstradisiya olunduğunu açıqlayıb.
İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş şübhəli Eskişehir vilayətində İl Jandarma Komandanlığının keçirdiyi xüsusi əməliyyat nəticəsində yaxalanıb.