Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir.
#Medianın İnkişafı Agentliyi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlamanı yalanlayıb.
Medianın İnkişafı Agentliyi (MEDİA) və “Azerconnect Group”un birgə əməkdaşlığı çərçivəsində milli mətbuatın 150 illiyi münasibətilə “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib.
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilmiş, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılmışdır.
Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır.
“Media Savadlılığı” Həftəsi çərçivəsində müxtəlif qurumların rəsmilərinin, sahə üzrə yerli və xarici ekspertlərin və 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gəncinin iştirakı ilə “Media Savadlılığı” Konfransı keçirilir.
Oktyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Qərb bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində görüş keçirilib, müxtəlif mövzularda təlimlər təşkil olunub.