#Medianın İnkişafı Agentliyi

Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir.Bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.

Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında effektiv əməkdaşlıq əlaqələri qurulmuş, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin qarşılıqlı fəaliyyəti istiqamətində vacib nəticələr əldə olunmuşdur

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. "Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.