Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin bütün əyalətlərində qeyri-qanuni miqrasiya və insan alverinə qarşı keçirilən genişmiqyaslı yoxlamaların nəticələrini açıqlayıb. Miqrasiya İdarəsi, daxili qoşunlar və polis qüvvələrinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatlarda 19 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb. Nazir Yerlikaya sosial media hesabında bildrib ki, 27 mindən çox personalla 14 mindən çox müxtəlif məkanda aparılan yoxlamalar zamanı 372 min 409 nəfərin şəxsiyyəti yoxlanılıb. Əməliyyat nəticəsində ölkə ərazisində qanunsuz məskunlaşan 478 düzənsiz miqrant saxlanılaraq deportasiya mərkəzlərinə təhvil verilib.
#Miqrasiya prosedurları
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İtaliyanın paytaxtı Romada həmkarı Matteo Piantedozi ilə görüşüb. Görüş zamanı terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və miqrant qaçaqmalçılığı ilə mübarizə kimi mühüm təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
ABŞ qeyri-qanuni immiqrantlara və onları işə götürən şirkətlərə qarşı genişmiqyaslı tədbirlərə başlayır.
Ötən il Türkiyədə 2,7 milyon insan şəhərlər arasında köç edib – ən çox miqrant İstanbulda cəmləşib.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya son iki həftə ərzində ölkənin 51 vilayətində qeyri-qanuni miqrantlara və qeyri-qanuni miqrasiyaya qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini bildirib.