ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi dəniz mühasirəsi çərçivəsində bölgədə ən azı 15 hərbi gəminin yerləşdirildiyi açıqlanıb. VOA xəbər verir ki, “CNN”in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bu qüvvələr arasında “USS Abraham Lincoln” aviadaşıyıcısı və 11 müasir esmines də var.