#Məscidül-Həram

İslam dünyasının ən müqəddəs məkanı hesab edilən Kəbə hər il yüz minlərlə zəvvarın ziyarət etdiyi dini mərkəz olmaqla yanaşı, həm də əsrlərlə formalaşmış zəngin tarixi və memarlıq irsi ilə diqqət çəkir. Kəbəni örtən məşhur “Kisvə” örtüyü isə İslam tarixinin ən mühüm dini simvollarından biri hesab olunur.

Səudiyyə Ərəbistanında Həcc mövsümünə hazırlıq işləri çərçivəsində Kəbənin örtüsünün aşağı hissəsi 3 metr yuxarı qaldırılıb. Məlumata görə, “Məscidül-Həram və Məscidün-Nəbəvi İşləri Baş İdarəsi” tərəfindən həyata keçirilən əməliyyat zamanı Kəbənin örtüsünün alt hissələri sökülüb, künc hissələri ayrılıb və daha sonra 3 metr hündürlüyə qaldırılaraq sabitlənib.