#Karakas

Venesuelada zəlzələlərin fəsadları davam etdikcə ölkədə həyat hələ də tam bərpa olunmayıb. Təkrar yeraltı təkanlar insanların təhlükəsizliklə bağlı narahatlığını artırır və minlərlə sakin evlərinə qayıtmağa cəsarət etmir. Paytaxt Karakasda gündəlik həyat demək olar ki, iflic vəziyyətinə düşüb, nəqliyyatın hərəkəti azalıb, əksər müəssisələr fəaliyyətini dayandırıb. Yalnız insanların əsas ehtiyaclarını ödəyən bazarlar, yanacaqdoldurma məntəqələri və bəzi apteklər məhdud şəkildə xidmət göstərir. Şəhərin müxtəlif hissələrində insanlar dağılan və ya zədələnən evlərini yoxlayır, dəymiş ziyanı müəyyənləşdirməyə çalışırlar. Ən ağır mənzərə isə Çakao rayonunda yaşanır. Burada çoxsaylı ailələr evlərini itirdiyi və binaların qəzalı vəziyyətdə olduğu üçün küçələrdə və müvəqqəti çadırlarda gecələyirlər. Mütəxəssislər təkrar təkanların davam etməsi səbəbindən əhalini ehtiyatlı olmağa çağırır, xilasedicilər isə təhlükəli binalarda axtarış və qiymətləndirmə işlərini davam etdirirlər.

Venesuelada baş verən güclü zəlzələlərdən sonra humanitar vəziyyət daha da ağırlaşır. Son məlumatlara görə, ölkədə ən azı 11 min nəfər itkin düşmüş hesab olunur. Bu göstərici yaxınlarının taleyi barədə məlumat əldə edə bilməyən və xüsusi müraciət platformasına məlumat göndərən şəxslərin müraciətləri əsasında formalaşıb. Paytaxt Karakas başda olmaqla bir çox bölgədə axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir. Şahidlərin sözlərinə görə, bəzi yaşayış binaları tamamilə dağılıb, yollar və kommunikasiya xətləri ciddi zərər görüb. Hadisənin uzunmüddətli istirahət günlərində baş verməsi itkilərin və zərərçəkənlərin sayının artmasına səbəb olub. Rəsmilər və xilasedicilər dağıntılar altında qalan insanları tapmaq üçün genişmiqyaslı əməliyyatlar aparırlar. İnternet və rabitə problemləri səbəbindən itkin düşənlərin real sayının hazırkı göstəricidən daha çox ola biləcəyi ehtimal edilir.

Venesuelada baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq yardım səyləri genişlənir. İsveçrə hökuməti ölkəyə böyük xilasedici missiya göndərmək qərarı verib. Missiyanın tərkibinə 80 peşəkar xilasedici, səkkiz xüsusi təlim keçmiş axtarış iti və 18 ton müxtəlif xilasetmə avadanlığı daxildir. Yardım qrupunun əsas məqsədi dağıntılar altında qalan insanların tapılması və xilas edilməsidir. Zəlzələnin ən çox zərər vurduğu bölgələrdə axtarış-xilasetmə əməliyyatları gecə-gündüz davam edir. Televiziya görüntüləri xilasedicilərin ağır texnikadan istifadə etməklə dağıntılar arasında çalışdığını göstərir. Paytaxt Karakasda minlərlə insan qorxu və təşviş içində evlərini tərk edərək küçələrə çıxıb. Beynəlxalq yardımın artması zərərçəkən bölgələrdə əməliyyatların daha sürətli aparılmasına imkan yarada bilər.

Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqez ölkədə baş verən dağıdıcı ardıcıl zəlzələlərdən sonra ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı apardığını bəyan edib. ABŞ Dövlət katibi Marko Rubio fəlakətin fəsadlarının aradan qaldırılması və xilasetmə missiyalarına kömək məqsədilə ölkəsinin hər cür humanitar yardımı təmin etməyə sadiq olduğunu vurğulayıb. Delsi Rodriqez ABŞ administrasiyasına və şəxsən Rubioya bu çətin anlarda nümayiş etdirdikləri ali həmrəylik və beynəlxalq tərəfdaşlıq çağırışına görə Venesuela hökuməti adından dərin minnətdarlığını ifadə edib

ABŞ Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət Ofisi Venesuelanın müvəqqəti prezidenti Dels Rodriqezə qarşı tətbiq edilən sanksiyaların ləğv olunduğunu açıqlayıb. ABŞ tərəfi bu addımla Venesuelada yeni siyasi rəhbərliyi tanıdığını və ölkənin sabitləşdirilməsi prosesinə dəstək vermək niyyətində olduğunu nümayiş etdirir.

ABŞ Venesuelanın paytaxtı Karakasda yerləşən səfirliyinin fəaliyyətini 7 ildən sonra bərpa edib. Rəsmi açıqlamada bildirilib ki, səfirliyin yenidən açılması ABŞ-ın Venesuelada diplomatik mövcudluğunda yeni dövrün başlanğıcını ifadə edir və hökumət, vətəndaş cəmiyyəti, eləcə də özəl sektorla birbaşa əlaqələrin genişləndirilməsinə imkan yaradacaq.

Venesuela hakimiyyəti ölkənin daxili siyasətinə xarici müdaxilələrə qarşı sərt ritorika nümayiş etdirib. Nikolas Maduronun siyasi varisi kimi tanınan Rodriges bildirib ki, Venesuela ABŞ-la fikir ayrılıqlarını müstəqil şəkildə həll etməkdən çəkinmir. Onun sözlərinə görə, milli birlik və cəmiyyətin daxili həmrəyliyi ölkənin suverenliyinin təmin olunmasının əsas şərtidir.

Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigesin ABŞ-a səfər edəcəyi bildirilir. Bundan əvvəl ABŞ Konqresində Venesuela müxalifətinin lideri Maria Korina Maçado ölkənin yeni lideri kimi seçilib. Məlumata əsasən, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Kapitoliyada keçirilən qapalı görüşdən sonra Maçadoya tam dəstək verdiklərini bəyan ediblər.

ABŞ Konqresi Venesuela üçün müvəqqəti dövrün lideri kimi müxalifət lideri Maria Korina Maçadonu dəstəklədiyini açıqlayıb. Texas ştatından nümayəndə Mike Lawler isə Maçadonu "Venesuela üçün yeni səviyyəyə aparacaq lider" adlandırıb və ölkədə demokratik seçkilərə keçidin ən qısa zamanda təmin edilməli olduğunu vurğulayıb.

İran XİN sözçüsü ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxiləni kəskin şəkildə pisləyərək, bu addımı milli suverenliyin fundamental prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Bəqai bildirib ki, belə bir hücum heç bir halda əsaslandırıla bilməz və beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, beynəlxalq normaların davamlı şəkildə pozulması qlobal ictimaiyyəti ciddi nəticələr barədə düşünməyə vadar etməlidir.