#nüvə parçalanması

BMT-nin nüvə nəzarəti orqanının rəhbəri Rafael Qrossi bazar ertəsi günü bildirib ki, rəhbərlik etdiyi agentlik ABŞ və İsrailin hərbi zərbələri zamanı İranın nüvə obyektlərinin zədələnməsi və ya vurulmasına dair heç bir göstəricinin olmadığı barədə qiymətləndirməsini qüvvədə saxlayır. Qeyd edək ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri bazar ertəsi günü səhər saatlarında Nətənzdəki nüvə müəssisəsinin hücuma məruz qaldığını açıqlamışdı. Lakin mətbuat konfransında çıxış edən Qrossi vurğulayıb ki, agentlik indiyədək İsrail və ABŞ-ın iyun ayında İranın nüvə poliqonlarına etdiyi hücumlarla müqayisə oluna biləcək hər hansı bir hal müşahidə etməyib.

Yaponiyanın Niigata prefekturasında yerləşən və dünyanın ən böyük istehsal gücünə malik "Kaşivazaki-Kariva" Atom Elektrik Stansiyasında (AES) yenidən texniki problemlər yaranıb. TEPCO şirkəti tərəfindən idarə olunan stansiyanın 6 nömrəli reaktoru dünən rəsmi yoxlamalardan sonra işə salınsa da cəmi bir gün sonra fəaliyyətini dayandırıb. Buna səbəb reaktordakı nüvə parçalanmasını tənzimləyən idarəetmə çubuqlarının elektrik komponentlərində yaranan nasazlıq olub. Qeyd edək ki 2011-ci ildə baş verən güclü zəlzələ və "Fukuşima" fəlakətindən sonra stansiyanın bütün yeddi reaktoru 2012-ci ildə təhlükəsizlik məqsədilə qapadılmışdı.

Cənubi Koreyada Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası ölkənin təyyarə hücumlarına qarşı dayanıqlı şəkildə dizayn edilmiş ilk nüvə reaktorunu olan Saeul-3-ün işləməsinə icazə verib. Ulsan şəhərində yerləşən Saeul Nüvə Enerjisi Stansiyası sahəsindəki yerli istehsal olan Saeul-3 reaktoruyla əlaqədar toplantı keçirilib. Cənubi Koreya Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyasının sədri Choi Won-ho, toplantıdan sonra etdiyi açıqlamada, reaktorun işləməsinə icazə verildiyini bildirib.

İranın Nüvə Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami ölkənin mülki nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini bildirərək, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çərçivələrinə tam riayət edəcəyini vurğulayıb. Bu, Tehran fəaliyyətləri ilə bağlı siyasi səbəblərlə irəli sürülə biləcək ittihamlardan çəkinmək məqsədi daşıyır. İslami, müasir dünyada “cangüdümlü qanun və ikili standartlar”ın hökm sürdüyünü qeyd etsə də, MAQATE-nin BMT-yə tabe olan bir qurum olduğunu bildirərək, İranın “qaydaları pozmaq iddialarından qorunmaq üçün çərçivələrə riayət etməsinin vacib” olduğunu bildirib.

İran, sentyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə imzaladığı və əməkdaşlığın bərpasını nəzərdə tutan Qahirə Anlaşmasını rəsmən ləğv etdiyini açıqlayıb. İranın Xarici İşlər naziri Abbas Əraqçi, İngiltərə, Fransa, Almaniya və ABŞ-ın MAQATE İdarə Heyətinə Tehran əleyhinə qərar layihəsi təqdim etməsindən sonra bu açıqlamanı verib. Əraqçi bildirib ki, qərar layihəsini təqdim edən ölkələr İranın yaxşı niyyətini nəzərə almadan MAQATE-nin etibarlılığına və müstəqilliyinə xələl vurublar və agentlik ilə İran arasındakı əməkdaşlıq prosesini pozublar. O, eyni zamanda, sentyabr ayında MAQATE ilə imzalanan əməkdaşlıq anlaşmasının artıq qüvvədə olmadığını vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian bir daha bəyan edib ki, İranın nüvə proqramı yalnız dinc məqsədlərlə həyata keçirilir və ölkənin daxili ehtiyaclarını ödəməyə yönəlib. O, İslam Respublikasının heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını vurğulayıb. Bu açıqlamaları Pezeşkian çərşənbə axşamı Avstriyanın Tehrandakı yeni səfiri Fridrix Ştiftin etimadnamələrinin qəbul mərasimində səsləndirilib.

İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ-dan danışıqlara dair mesaj alındığını, lakin Tehran rəhbərliyinin bu məsələ ilə bağlı hələlik qəti qərar vermədiyini bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi, İran dövlət televiziyasına verdiyi müsahibədə gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb. Əraqçi, ABŞ tərəfindən onlara bəzi mesajların çatdırıldığını bildirərək,“Hələ qəti qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nə tələb etdiyindən asılıdır.” - deyə qeyd edib.

Peyk görüntüləri, Rusiyanın Kamçatka bölgəsində 30 iyulda baş verən 8,8 bal gücündəki zəlzələnin episentrinə yaxın ərazidə yerləşən Rıbaçi Nüvə Sualtı Qayıqları Bazasının zərər gördüyünü göstərdi. Mərkəzi ABŞ-da yerləşən Planet Labs PBC şirkətinin təqdim etdiyi və New York Times (NYT) qəzetində yayımlanan peyk görüntüləri, Kamçatkada baş verən zəlzələnin Rusiyaya məxsus strateji əhəmiyyətə malik bazaya təsirlərini üzə çıxardı.