#Hələb

BMT-nin Suriya üzrə xüsusi elçisinin müavini Klaudio Kordone İsrailin Suriyada müddətsiz hərbi mövcudluğu ilə bağlı açıqlamalardan narahatlığını bildirib. O, məsələni BMT Təhlükəsizlik Şurasının iclasında gündəmə gətirib. Kordonenin sözlərinə görə, İsrail qüvvələrinin Suriyadakı mövcudluğu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozur. O, bunun 1974-cü il Qüvvələrin Ayrılması haqqında Sazişə də uyğun olmadığını bildirib. BMT rəsmisi İsrail qüvvələrinin Suriyanın cənubunda quru əməliyyatları və evlərdə axtarışlar həyata keçirdiyini qeyd edib. Qüneytrə və Yərmuk hövzəsində şəxsi və kənd təsərrüfatı əmlakına ziyan vurulduğu da bildirilib. Kordone Hələb yaxınlığındakı Əbu əz-Zuhur hərbi hava bazasına endirilən İsrail zərbəsini pisləyib. O, baş verənləri bölgədə vəziyyətlə bağlı narahatlığı artıran hadisələr kimi qiymətləndirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərham Saleh Suriyanın İdlib və Hələb vilayətlərinə səfəri zamanı ölkədə həyata keçirilməsi nəzərdə tutulan “Düşərgəsiz Suriya” planına dəstəyini açıqlayıb. Saleh İdlibin şimalında yerləşən Mühacir düşərgəsini ziyarət edərək burada yaşayan məcburi köçkünlərin vəziyyəti ilə tanış olub, onların ehtiyaclarını dinləyib.

BMT-nin Baş katibi Antonio Quterreşin təqdim etdiyi və Təşkilatın Terrorla Mübarizə Ofisi tərəfindən hazırlanmış hesabatda bildirilir ki, Suriyanın Prezidenti Əhməd əş-Şəraa, daxili işlər naziri Ənəs Həsən Xəttab və xarici işlər naziri Əsəd əş-Şeybani terrorçu İŞİD qruplaşması ilə əlaqələndirilən struktur tərəfindən hədəf seçilib.

Nurəddin Mahmud Zəngi 11 fevral 1118-ci ildə (17 Şəvval 511) Hələbdə anadan olmuşdur. Hüsn xətti, çox mütaliə etməsi, hədisləri əzbərləyib rəvayət etməsi və fiqh elmindəki dərinliyi onun mükəmməl təhsil aldığını göstərir. Gənclik illərində hərbi sahədə fərqləndiyi və atası İmadəddin Zənginin yanında vaxtaşırı döyüşlərdə iştirak etdiyi məlumdur.

Suriya hökuməti ordu ilə YPG/SDQ silahlı qruplaşması arasında baş vermiş toqquşmalardan sonra üç şəhərdə tətbiq olunan fövqəladə vəziyyətin başa çatdığını açıqlayıb. Suriya Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, Hələb, Deyr əz-Zor və Rakka şəhərlərində elan edilmiş fövqəladə vəziyyət rejimi ləğv olunub. Bildirilib ki, Suriya ordusunun həyata keçirdiyi əməliyyatlardan sonra təhlükəsizlik vəziyyəti stabilləşib və şəhərlərdə həyat tədricən normallaşır.

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon danışığı aparıb. Danışıq zamanı Hələb şəhərində baş verən son hadisələr müzakirə edilib. Türkiyə XİN-in mənbələrindən verilən məlumata görə, Hakan Fidan Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon əlaqəsi saxlayıb. Görüşdə Hələbdə yaşanan son hadisələr diqqət mərkəzində olub.

Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.

Suriyanın şimalında, Hələb şəhərinin Əşrəfiyyə məhəlləsində naməlum səbəbdən güclü partlayış baş verib. Partlayış terrorçu PKK/YPG-nin nəzarətində olan Əşrəfiyyə məhəlləsindəki bir parkda qeydə alınıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib, rəsmi açıqlama isə verilməyib.