24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
#Yaponiya
Texnologiya milyarderi Ilon Mask Yaponiyanın sürətli demoqrafik tənəzzül yaşadığını və bu il ölkənin təxminən bir milyon nəfər əhalisini itirə biləcəyini bildirib. O, daha əvvəl X platformasında yazaraq, Yaponiyanın aşağı doğum səviyyəsinə görə “yoxluq” riski ilə qarşı-qarşıya olduğunu vurğulayıb və süni intellekti bu tənəzzülü geri qaytara biləcək “yeganə ümid” kimi dəyərləndirib. Mask bu açıqlamanı World Statistics-in “Yaponiyanın əhalisi 2024-cü ildə 900.000 daha çox ölümlə azalır” məlumatına istinadla verib. Yaponiya Səhiyyə Nazirliyinin rəsmi statistikalarına görə, ötən il 686 061 doğuş və 1 605 298 ölüm qeydə alınıb ki, bu da əhalinin xalis sayının 919 000 nəfər azalması deməkdir.
Böyük Britaniyaya məxsus beşinci nəsil F-35B qırıcı təyyarəsi Yaponiyanın Kyuşu adasında yerləşən Kaqosima şəhərinin mülki hava limanına təcili eniş edib. Məlumata görə, hadisə zamanı uçuş-enmə zolağı müvəqqəti bağlanıb və uçuş cədvəli pozulub.
İngiltərədə Starbucks lattelərindən Sinqapurdakı donutlara qədər geniş istifadə olunan matcha sosial mediada da trend mövzusuna çevrilib. “Matcha Tok” həştəqi on milyonlarla baxış qazanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il əhali 0,75 faiz azalaraq 120 milyon 65 min nəfərə düşüb. Bu, 1968-ci ildən bəri aparılan statistikada ən böyük azalma olub. Baş nazir Şigeru İşiba vəziyyəti “sakit fövqəladə vəziyyət” adlandıraraq, ailəyə dəstək tədbirləri – daha çevik iş saatları və pulsuz uşaq baxımı kimi planları açıqlayıb.
2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı olaraq tarixə keçdi. Bu ay Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 50,5 dərəcə ilə bütün zamanların istilik rekordu qırıldı və Cənub-Şərqi Avropa istilik dalğaları və meşə yanğınları ilə üz-üzə qaldı.
Kyodo News-un məlumatına görə, Yaponiya hökuməti yerli vətəndaşların sayının 120 milyon 653 min nəfərə düşdüyünü açıqlayıb. Əhalinin azalması ardıcıl 16-cı ildir davam edir. Mütəxəssislər bu azalmaya əsas səbəb kimi cəmiyyətin qocalması və doğum səviyyəsinin kəskin şəkildə aşağı düşməsini göstərirlər. Rəsmi statistikaya görə, Yaponiyanın ümumi əhalisi 123,8 milyon nəfərdir.
Yonhap agentliyinin məlumatına görə, Prezident Administrasiyası xarici işlər naziri Ço Hyunun Çin mövzusundakı açıqlamalarına münasibət bildirib.
BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.
Yaponiyanın Hyogo prefekturasının Tanba şəhərində termometrlərin 41,2 dərəcəni göstərməsi ilə ölkə tarixində ən yüksək temperatur qeydə alınıb. Bu göstərici, 2018 və 2020-ci illərdə ölçülən və indiyədək rekord sayılan 41,1 dərəcəni geridə qoyub.
Yaponiyada isti hava şəraiti 16 nəfərin ölümünə, 10 804 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Gifu bölgəsində temperatur 39,8 dərəcəyə çatıb.
Yaponiya ABŞ-la əldə olunan yeni ticarət razılaşması çərçivəsində ölkə iqtisadiyyatına 550 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq.