Azərbaycan millisinin də rəqib olduğu E qrupunda Türkiyə yığması səfərdə Gürcüstanla üz-üzə gəlib. Qarşılaşmada Türkiyə Mert Müldür və Kerem Aktürkoğlunun (2 qol) sayəsində 3:2 hesablı qələbə qazanıb. Gürcüstan millisinin qollarını Zuriko Davitaşvili və Xviça Kvaratsxeliya vurub.
#DÇ-2026
Messi 2005-ci ildə debüt etdiyi Argentina millisində indiyədək 193 oyun keçirib və 112 qol vurub. O, yığma ilə dünya çempionluğu, iki dəfə Kopa Amerika və 2008-ci ildə Olimpiya qızıl medalını qazanıb. Uzun illərdir Albiselestenin simasına çevrilən futbolçu artıq karyerasının son mərhələsindədir.
Mançester Sitinin hücumçusu Erlinq Haaland Norveç millisində adının bundan sonra sadəcə "Haaland" deyil, "Braut Haaland" kimi yazılacağını açıqlayıb. Bildirilib ki, Norveç azarkeşləri artıq sentyabr oyunlarından etibarən yeni formanı görəcəklər.
2026-cı ildə keçiriləcək və ilk dəfə 48 komandanın iştirak edəcəyi FIFA Dünya Çempionatının püşkatma mərasimi 5 dekabr 2025-ci il tarixində ABŞ-ın Las Veqas şəhərində baş tutacaq.
Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Lövün Özbəkistan milli futbol komandasına rəhbərlik edə biləcəyi barədə məlumat yayılıb.