#Netanyahu məsuliyyətdən yayınır

İsrailin Baş naziri Benyamin Netanyahu yenidən Tel-Əviv Mərkəzi Məhkəməsi qarşısına çıxıb. O, haqqında irəli sürülmüş korrupsiya ittihamlarına cavab verib, lakin proses zamanı “gizli zərf” aldıqdan sonra məhkəmə zalını 20 dəqiqəlik tərk edib. Məlumata görə, istintaq bu dəfə Netanyahuya qarşı “4000-ci iş” üzrə suallar üzərində cəmləşib. Bu iş çərçivəsində Netanyahuya “Bezeq” telekommunikasiya şirkətinin və “Walla” xəbər portalının keçmiş sahibi Şaul Eloviçə media imtiyazları və tənzimləmə güzəştləri verməkdə, əvəzində özünə müsbət media dəstəyi almaqda ittiham olunur.

İsraildə Baş Nazir Benyamin Netanyahu barəsində korrupsiya ittihamları ilə açılmış məhkəmə işlərinin müddətsiz təxirə salınmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə, koalisiya üzvü deputat Limor Son Har-Melech tərəfindən təqdim olunub və baş prokurorluq tərəfindən “konstitusiyaya zidd” hesab edilib. Müxalifət layihənin ikili ədalət sisteminə yol açacağını bildirərək, Baş Nazirə xüsusi imtiyaz verilməsinin əleyhinə çıxıb. Sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir isə layihənin seçilmişləri siyasi təzyiqdən qoruyacağını bildirib.

Son dövrlərdə Netanyahu özünü dünyaya qarşı tək vəziyyətdə gördü; BMT-dəki səhnə hər şeyi əks etdirdi: dünya bir tərəfdə, Netanyahu isə digər tərəfdə təcrid olunmuş və kənarda qalmış vəziyyətdə idi.Bu, bir neçə əlamətdən başladı: bir neçə gün öncə BMT-yə gedərkən onun təyyarəsinin Avropa hava məkanından keçməməsi, məhz Məhkəmə qarşısında çıxarılacaq həbs qərarından qorxma səbəbi ilə idi; BMT-dəki çıxışı zamanı salonun boş və soyuq görünməsi, səfir və nümayəndələrin çıxıb getməsi onun görünüşünü solğunlaşdırdı.

İsrail prezidenti İshaq Hersoqun bazar ertəsi verdiyi açıqlama - baş nazir Benyamin Netanyahunu korrupsiya işlərində əfv etmək imkanını nəzərdən keçirəcəyini deməsi - Təl-Əviv siyasi səhnəsində geniş əks-səda doğurdu. Siyasi mənbələr bildirirlər ki, bu məsələni indi gündəmə gətirmək sadəcə bir ideya deyil, həm İsraildə, həm də ABŞ-da aparılan geniş səylərin bir hissəsidir. Məqsəd Netanyahuya həbsdən azadlıq qarşılığında müəyyən mərhələdə siyasətdən getmə şərtilə razılaşma əldə etməkdir.