İran Prezidenti Məsud Pezeşkian bəzi maliyyə və valyuta məhdudiyyətlərinin yumşaldıldığını açıqlayıb. Onun sözlərinə görə, son razılaşmalar nəticəsində neft ixracı davam edir və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranır. Pezeşkian bu dəyişikliklərin ölkə iqtisadiyyatına müsbət təsir göstərə biləcəyini bildirib. Bu il ABŞ–İsrail müharibəsi fonunda İran rialı ABŞ dolları qarşısında rekord dərəcədə ucuzlaşmışdı. İran 2018-ci ildən bəri ABŞ sanksiyalarının təsiri altında fəaliyyət göstərir. Donald Tramp həmin il nüvə sazişindən çıxaraq Tehrana qarşı yeni sanksiyalar tətbiq etmişdi. Hazırda ABŞ ilə İran arasında diplomatik təmaslar davam edir.
#Valyuta
Qərbdə artan hesabat və təhlillər göstərir ki, dünya ənənəvi iqtisadi izahlardan kənara çıxan dərin bir demoqrafik böhranla üz-üzədir. Belə ki, doğum göstəriciləri həm zəngin, həm də inkişaf etməkdə olan ölkələrin əksəriyyətində görünməmiş səviyyədə aşağı düşüb.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkədə viza müddətini qanunsuz olaraq ötürən əcnəbilərin 50 000 Səudiyyə riyalına (təxminən 13 300 dollar) qədər pul cəzası, altı aya qədər həbs və ölkədən deportasiya olunma təhlükəsi ilə üzləşəcəyini vurğulayıb.
Türkiyə Respublikasının Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları 17 oktyabr həftəsində 198 milyard 442 milyon dollara yüksələrək bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Mərkəzi Bankın həftəlik pul və bank statistikalarına əsasən, brüt valyuta ehtiyatları əvvəlki həftə ilə müqayisədə 64 milyon dollar azalaraq 87 milyard 273 milyon dollara enib. 10 oktyabr tarixində bu göstərici 87 milyard 337 milyon dollar idi.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Bu barədə AzerVoice Mərkəzi Banka istinadən xəbər verir. Bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) 22 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 14 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 3 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.