Ekvadorun cənubunda, El Oro əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, ölkənin cənubundakı El Oro əyalətinə bağlı Arenillas qəsəbəsinin 11,5 kilometr cənub-şərqində, yerli vaxtla saat 19:05-də 5,5 bal gücündə təkan qeydə alınıb. Zəlzələ 73,6 kilometr dərinlikdə baş verib. Zəlzələdə insan tələfatı və zərər barədə hələ açıqlama verilməyib.
#Zəlzələlərin siyasi təsiri
Filippinin Luzon adasında yerləşən Union şəhəri yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Luzon adasındakı Union şəhərinin cənub-qərbində yerləşib. Təxminən 69 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hazırda hər hansı insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib. Zəlzələdən sonra “tsunami” xəbərdarlığı da elan edilməyib.
İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına əsasən, zəlzələnin episentri Abepura bölgəsindən təxminən 200 kilometr qərbdə olub. Yerli vaxtla saat 14:48-də qeydə alınan təkan 70,1 kilometr dərinlikdə meydana gəlib.
Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin yerin 62 kilometr dərinliyində qeydə alındığını bildirib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Dalğaların episentrə 300 kilometr məsafədəki sahil bölgələrində təsirli ola biləcəyi qeyd olunub.
Türkiyənin Malatya şəhərinin Battalqazi rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb. Yerlatı təkanların ocağı 10,33 kilometr dərinlikdə yerləşib.
Oktyabrın 2-də Marmara Dənizinin açıq sularında 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tekirdağ şəhər mərkəzi və rayonlarında, həmçinin İstanbul və ətraf əyalətlərdə hiss olunub. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələ ilə bağlı sosial şəbəkədə, açıqlamasında bildirib ki, Fəlakət və Təcili Vəziyyətlər İdarəsi (AFAD) və əlaqədar qurumların bütün briqadaları sahə yoxlamalarına başlayıb.
Kütahya şəhərinin Simva rayonunda 3,6 və 4 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Kütahya şəhərində yerli vaxtla saat 19:09 (Bakı vaxtı ilə saat 20:09-da) baş verib. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib. AFAD-ın paylaşdığı digər məlumata əsasən, yerli vaxtla saat 19:43 (Bakı vaxtı ilə saat 20:43da) baş verən ikinci zəlzələnin dərinliyi 11.91 km olub. Qeyd edək ki, bu gün Simavda qeydə alınan 5.4 bal gücündəki zəlzələdən sonra bölgədə artçı təkanlar davam edir.
Türkiyənin Ərzurum vilayətində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ərzurum vilayətində yerli vaxtla saat 11:29da (Bakı vaxtı ilə saat 12:29-da) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.
Cənubi Amerika ölkəsi Venesuelanın şimal-qərbində 6,2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) zəlzələnin episentrinin Venesuelanın Zulia əyalətinə bağlı Mene Grande qəsəbəsi olduğunu açıqlayıb. Yer səthindən 7,8 kilometr dərinlikdə baş verən 6,2 bal gücündəki zəlzələ Venesuelanın böyük hissəsində və Kolumbiyanın sərhəd bölgələrində hiss olunub. Zəlzələdən sonra hələlik insan tələfatı və maddi zərər barədə açıqlama verilməyib.
Sentyabrın 22-də Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 22.09-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələ ocağı Yerin 50 kilometr dərinliyində yerləşib.
Türkiyənin Balıkəsir şəhərinin Sındırgı rayonunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Hindistanın şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. AzerVoice-un məlumatına görə, Bakı vaxtı ilə saat 15:11-də baş verən zəlzələnin episentri Assam ştatının Tezpur şəhərindən 41 kilometr şimal-qərbdə, Butan sərhədindən təxminən 33 kilometr məsafədə yerləşib.