#neft

Bu ilin yanvar ayında Türkiyə limanlarından 8 milyon 580 min 516 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 501 min 881 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 78 min 635 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 2 milyon 901 min 538 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

2025-ci il ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 191 milyon 98,9 min manat olub.

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Həmin dövrlərdə ölkə hərbi təcavüzə məruz qalmış, müxtəlif xarakterli risklərlə üzləşmişdi. Ölkənin inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı.

Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından 28 milyon 730 min 395 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 2 milyon 146 min 27 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 26 milyon 584 min 368 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- noyabr ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 26 milyon 252 min 758 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə ilə Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bu anlaşmalar Türkiyə Petrolləri (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL şirkətləri arasında bağlanıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 500,7 min ton xam neft və neft məhsulları ixrac edilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcminə görə isə 272,5 min ton və ya 2,2 dəfə çoxdur.

“QatarEnergy” şirkəti çərşənbə günü Surinam sahillərində yerləşən 9 və 10 nömrəli dəniz bloklarında hasilatın pay bölgüsü üzrə iki yeni müqavilə imzalayıb. Şirkət bu sahələrdə kəşfiyyat hüquqlarını iyun ayında keçirilən tender mərhələsində qazanmışdı. Müqavilələrə əsasən, 9-cu blokda “QatarEnergy” 20% paya sahib olacaq. Blokun operatoru olan “Petronas Suriname” 30%, “Chevron” 20%, Surinamın milli neft şirkəti “Staatsolie”nin törəməsi Paradise Oil isə 30% paya malikdir.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239,9 min ton və ya 14,7 faiz, dizel yanacağı üzrə isə 298,5 min ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılmasıdır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib. OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.