2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz azalaraq, 3 milyon 157 min 7 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 729 milyon 698 min dollara bərabər olub.
#Azərbaycan
İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür. “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşan vətəndaşların da keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə müntəzəm avtobus reysləri təşkil edilir. Bu istiqamətdə fəaliyyət göstərən müntəzəm marşrutlarla sərnişindaşımalara əsasən ekoloji təmiz, müasir nəqliyyat vasitələri cəlb edilir. Bununla da səfərlərin rahat, sürətli həyata keçirilməsi təmin olunur.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhərində yerləşən “Cümə”, “Ceyhun xanım və Hacı Əhməd” məscidlərinin, “Müqəddəs Sarovlu Serafim” kilsəsi və “Sumqayıt Yəhudiləri” dini icmasının ibadət evinin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə görüşüb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verib.
30 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azalaraq, 8 milyon 104 min 52 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 7 milyard 940 milyon 45 min dollar məbləğində mebel ixrac edib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir. Amerika lideri bir sıra beynəlxalq münaqişələrin nizamlanmasında öz rolunu yenidən xatırladıb. “Mən Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Pakistan ilə Hindistan, İsrail ilə İran, Ermənistan ilə Azərbaycan arasında baş verən şiddətli müharibələrə son qoydum”, – deyə ABŞ Prezidenti bildirib.
5 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (“WUF13”) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.
2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azalaraq, 3 milyon 180 min 12 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 1 milyard 340 milyon 771 min dollara bərabər olub.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Qəbul zamanı Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşlar “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, dini icmanın fəaliyyəti, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
5 fevral 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) birgə əməkdaşlığı çərçivəsində “Şirkətlər üçün səhm bazarından İslam investisiyalarının cəlbi imkanları” mövzusunda tədbir təşkil olunub. Tədbirin açılış nitqləri Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı tərəfindən səsləndirilib. Çıxışlarda kapital bazarlarının inkişafında alternativ investisiya alətlərinin rolu və bu sahədə institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.